Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Gələn tədris ilində dərslər nə vaxt başlayacaq - RƏSMİ

© AR Ministry of Education Məktəb, arxiv şəkli
Məktəb, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.07.2022
Abunə olmaq
2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində tətil günlərinin sayı da açıqlanıb.
BAKI, 28 iyul — Sputnik. 2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində tətil günlərinin sayı açıqlanıb.
Bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Qeyd olunub ki, birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil 1 fevral - 14 iyunu əhatə edəcək.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
5 gün payız tətili (16-20 noyabr);
5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).
2022-2023-cü tədris ilinin başlayıb bitmə vaxtı da açıqlanıb.
Əmrə əsasən növbəti tədris ili sentyabrın 15-i başlayıb iyunun 14-də başa çatacaq.
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev "Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında" əmr imzalayıb.
Xəbər lenti
0