https://sputnik.az/20220728/dman-etmeden-ezeleleri-inkisaf-etdirmek-olarmi-444409266.html
İdman etmədən əzələləri inkişaf etdirmək olarmı?
İdman etmədən əzələləri inkişaf etdirmək olarmı?
Sputnik Azərbaycan
Alimlərin gəmiricilər üzərində apardığı tədqiqatlar maraqlı nəticələrə gətirib. 28.07.2022, Sputnik Azərbaycan
2022-07-28T07:26+0400
2022-07-28T07:26+0400
2022-07-28T07:26+0400
alim
cəmiyyət
fiziki
məşq
https://cdnn1.img.sputnik.az/img/42260/93/422609301_0:110:3249:1938_1920x0_80_0_0_f8a203b0cb6f0c0523655dfb86057a67.jpg
BAKI, 28 iyul — Sputnik. Melburn və Kopenhagen universitetlərindən olan tədqiqatçılar qrupu idman etmədən əzələlərin inkişaf etməsinə imkan verən gen aşkar ediblər. Rusiya mediası xəbər verir ki, alimlərin elmi işi "Cell Metabolism" jurnalında dərc olunub.Tədqiqatçılar idmanla məşğul olan zaman və sonra əzələlərdə molekulyar siqnallara nəzər yetiriblər.Məlum olub ki, məşq zamanı C18ORF25 geni aktivləşir. Komanda daha sonra siçan modelini yaradıb - gəmiricilərin bir qrupunu C18ORF25-dən məhrum ediblər, ikinci qrupda isə bu genin mövcudluğu gücləndirilib.Nəticədə alimlər müəyyən ediblər ki, gəmiricilərin birinci qrupunda zəif əzələlər və aşağı fiziki aktivlik səbəbindən inkişaf daha yavaş olub, ikinci qrup isə əla nəticələr göstərib. C18ORF25 geninin aktivliyi nə qədər yüksək olarsa, heyvanların əzələləri bir o qədər güclənir.Alimlərin fikrincə, bu gen fiziki məşq olmadan da əzələ kütləsini yaratmaq üçün istifadə edilə və əzələ distrofiyasının müalicəsində kömək ola bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42260/93/422609301_259:0:2990:2048_1920x0_80_0_0_c929dca84ca022f8894bfd896fb7d995.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
alim, fiziki, məşq
İdman etmədən əzələləri inkişaf etdirmək olarmı?
Alimlərin gəmiricilər üzərində apardığı tədqiqatlar maraqlı nəticələrə gətirib.
BAKI, 28 iyul — Sputnik. Melburn və Kopenhagen universitetlərindən olan tədqiqatçılar qrupu idman etmədən əzələlərin inkişaf etməsinə imkan verən gen aşkar ediblər. Rusiya mediası xəbər verir ki, alimlərin elmi işi "Cell Metabolism" jurnalında dərc olunub.
Tədqiqatçılar idmanla məşğul olan zaman və sonra əzələlərdə molekulyar siqnallara nəzər yetiriblər.
Məlum olub ki, məşq zamanı C18ORF25 geni aktivləşir. Komanda daha sonra siçan modelini yaradıb - gəmiricilərin bir qrupunu C18ORF25-dən məhrum ediblər, ikinci qrupda isə bu genin mövcudluğu gücləndirilib.
Nəticədə alimlər müəyyən ediblər ki, gəmiricilərin birinci qrupunda zəif əzələlər və aşağı fiziki aktivlik səbəbindən inkişaf daha yavaş olub, ikinci qrup isə əla nəticələr göstərib. C18ORF25 geninin aktivliyi nə qədər yüksək olarsa, heyvanların əzələləri bir o qədər güclənir.
Alimlərin fikrincə, bu gen fiziki məşq olmadan da əzələ kütləsini yaratmaq üçün istifadə edilə və əzələ distrofiyasının müalicəsində kömək ola bilər.