https://sputnik.az/20220728/azerbaycan-rusiya-komissiyasi-samur-cayinin-su-ehtiyatlarinin-bolunmesini-muzakire-edib-444461197.html
Azərbaycan-Rusiya Komissiyası Samur çayının su ehtiyatlarının bölünməsini müzakirə edib
Azərbaycan-Rusiya Komissiyası Samur çayının su ehtiyatlarının bölünməsini müzakirə edib
Sputnik Azərbaycan
Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb. 28.07.2022, Sputnik Azərbaycan
2022-07-28T14:50+0400
2022-07-28T14:50+0400
2022-07-28T14:50+0400
rusiya
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1c/444455363_0:150:1600:1050_1920x0_80_0_0_136ad45bdaaba53ea4906db1b09af925.jpg
BAKI, 28 iyul — Sputnik. "Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 22-ci görüşü Qusar şəhərində keçirilib."Meliorasiya və Su Təsərrüfatı" ASC-dən verilən məlumata görə, iclasda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin eləcə də Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb.Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə protokol imzalanıb.Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş 2010-cu ildə təsdiq edilib.Sazişin həyata keçirilməsi məqsədilə tərəflər Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyası yaradıblar.Birgə Komissiya hər bir tərəfin təyin etdiyi iki həmsədrin rəhbərliyi altında fəaliyyət göstərir. Birgə Komissiya iclaslarını yarım ildə bir dəfədən az olmayaraq keçirir.
https://sputnik.az/20220728/azerbaycandan-rusiyaya-gonderilen-pomidorlarda-virus-tapilib-444444213.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1c/444455363_0:0:1600:1200_1920x0_80_0_0_a8c0cc8d671b91d1d68c9a2ec19ab5d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rusiya
Azərbaycan-Rusiya Komissiyası Samur çayının su ehtiyatlarının bölünməsini müzakirə edib
Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb.
BAKI, 28 iyul — Sputnik. "Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 22-ci görüşü Qusar şəhərində keçirilib.
"Meliorasiya və Su Təsərrüfatı" ASC-dən verilən məlumata görə, iclasda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin eləcə də Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb.
Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə protokol imzalanıb.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş 2010-cu ildə təsdiq edilib.
Sazişin həyata keçirilməsi məqsədilə tərəflər Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyası yaradıblar.
Birgə Komissiya hər bir tərəfin təyin etdiyi iki həmsədrin rəhbərliyi altında fəaliyyət göstərir. Birgə Komissiya iclaslarını yarım ildə bir dəfədən az olmayaraq keçirir.