https://sputnik.az/20220728/azerbaycandan-rusiyaya-gonderilen-pomidorlarda-virus-tapilib-444444213.html
Azərbaycandan Rusiyaya göndərilən pomidorlarda virus tapılıb
Azərbaycandan Rusiyaya göndərilən pomidorlarda virus tapılıb
Sputnik Azərbaycan
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti məsələ ilə bağlı məlumat yayıb. 28.07.2022, Sputnik Azərbaycan
2022-07-28T10:34+0400
2022-07-28T10:34+0400
2022-07-28T10:34+0400
rusiya
pomidor
"rosselxoznadzor"
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444432144_0:592:1536:1456_1920x0_80_0_0_e233b804ad75efc40e9cb7b25781f3d9.jpg
BAKI, 28 iyul — Sputnik. Severodvinsk və Arxangelskdə Azərbaycandan gətirilən təzə pomidor partiyasında karantin obyektləri (Tomato brown rugose и Pepino mosaic virus) aşkarlanıb.Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata görə, karantin obyektlərinə yoluxan məhsullara qarşı karantin fitosanitar tədbirləri görülüb.Sahibkarların qərarı ilə məhsullar məhv edilib.Xatırladaq ki, mart ayının 5-dən etibarən "Rosselxoznadzor" tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixraci ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.Ölkəmizdən Rusiyaya pomidor ixracına icazə verilmiş 227 pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948 ton təşkil edir. Məhsulların dəmiryolu vasitəsilə daşınmasına verilmiş icazənin müddəti uzadılıb 2021-ci il 11 iyun tarixində AQTA və "Rosselxoznadzor" arasında aparılan danışıqlar nəticəsində 2022-ci il 1 aprel tarixinə qədər pomidor və alma məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınmasına icazə verilmişdi.Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilmiş və alma və pomidor məhsullarının 2023-cü ilin 1 yanvar tarixinə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapıb.Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən bu ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab verən konteynerlərlə daşınması tələbi mövcuddur.Ötən il Azərbaycan Rusiyanın ən böyük pomidor tədarükçüsü olubÖtən il Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən böyük pomidor tədarükçüsü (130 min ton) və almanın aparıcı ixracatçılarından biri (60,2 min ton) olaraq qalıb. 2020-ci ilin dekabrın 10-dan etibarən Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoymuşdu. Bu barədə qərarı "Rosselxoznadzor" qəbul etmişdi.Xidmətin məlumatına görə, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkarlanıb və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444432144_0:448:1536:1600_1920x0_80_0_0_6782e9801fd5b3268cbf39d79d14992b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pomidor, "rosselxoznadzor"
pomidor, "rosselxoznadzor"
Azərbaycandan Rusiyaya göndərilən pomidorlarda virus tapılıb
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti məsələ ilə bağlı məlumat yayıb.
BAKI, 28 iyul — Sputnik. Severodvinsk və Arxangelskdə Azərbaycandan gətirilən təzə pomidor partiyasında karantin obyektləri (Tomato brown rugose и Pepino mosaic virus) aşkarlanıb.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata görə, karantin obyektlərinə yoluxan məhsullara qarşı karantin fitosanitar tədbirləri görülüb.
Sahibkarların qərarı ilə məhsullar məhv edilib.
Xatırladaq ki, mart ayının 5-dən etibarən "Rosselxoznadzor" tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixraci ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.
Ölkəmizdən Rusiyaya pomidor ixracına icazə verilmiş 227 pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948 ton təşkil edir. Məhsulların dəmiryolu vasitəsilə daşınmasına verilmiş icazənin müddəti uzadılıb 2021-ci il 11 iyun tarixində AQTA və "Rosselxoznadzor" arasında aparılan danışıqlar nəticəsində 2022-ci il 1 aprel tarixinə qədər pomidor və alma məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınmasına icazə verilmişdi.
Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilmiş və alma və pomidor məhsullarının 2023-cü ilin 1 yanvar tarixinə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapıb.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən bu ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab verən konteynerlərlə daşınması tələbi mövcuddur.
Ötən il Azərbaycan Rusiyanın ən böyük pomidor tədarükçüsü olub
Ötən il Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən böyük pomidor tədarükçüsü (130 min ton) və almanın aparıcı ixracatçılarından biri (60,2 min ton) olaraq qalıb. 2020-ci ilin dekabrın 10-dan etibarən Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoymuşdu. Bu barədə qərarı "Rosselxoznadzor" qəbul etmişdi.
Xidmətin məlumatına görə, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkarlanıb və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.