Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunun tank heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilib - VİDEO

© AR Ministry of DefenceTank heyətlərinin peşəkarlığı artırılır
Tank heyətlərinin peşəkarlığı artırılır - Sputnik Azərbaycan, 1920, 28.07.2022
Abunə olmaq
Məşğələlərdə əsas diqqət tank bölmələrinin döyüş hazırlığının yüksəldilməsinə və heyət üzvlərinin fərdi bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.
BAKI, 28 iyul — Sputnik. 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tank heyətləri minalanmış sahələri, təbii və süni maneələri dəf etdikdən sonra şərti düşmən hədəflərinin, həmçinin tank əleyhinə vasitələrinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.
Məşğələlərdə əsas diqqət tank bölmələrinin döyüş hazırlığının yüksəldilməsinə və heyət üzvlərinin fərdi bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.
Xəbər lenti
0