DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ağ Ev: Bayden yenidən prezident seçilmək niyyətindədir

© AP Photo / Evan VucciCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.07.2022
Abunə olmaq
Məlum olub ki, Demokrat partiyasının tərəfdarlarının 75%-i Co Baydeni namizəd görmək istəmir.
BAKI, 28 iyul — Sputnik. Amerika Prezidenti Co Bayden ictimai rəy sorğularının nəticələrindəki xəyal qırıqlığına baxmayaraq, 2024-cü il seçkilərində yenidən seçilmək niyyətindədir.
Məlum olub ki, Demokrat partiyasının tərəfdarlarının 75%-i siyasətçini namizəd kimi görmək istəmir. Bu barədə Ağ Evdə keçirdiyi brifinqdə jurnalistlərə dövlət başçısının mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
"Bizi sorğular narahat etmir. Prezident birmənalı şəkildə bildirib ki, o, namizədliyini irəli sürmək niyyətindədir, lakin buna qədər hələ ki, xeyli vaxt var," - deyə Jan-Pyer jurnalistlərin suallarına cavab verərkən söyləyib.
Xatırladaq ki, hələ bu ilin yazında ABŞ-ın hazırkı prezidenti Co Baydenin reytinqi minimum həddə düşmüş, sorğuda iştirak edənlərin yalnız 40%-i öz liderini dəstəklədiyini bildirmişdi. Araşdırma "Reuters" və "Ipsos" tərəfindən birgə aparılmışdı. Maraqlıdır ki, sorğuda respublikaçılardan daha çox Demokrat partiyasına üstünlük verən respondentlər qatılıb, lakin bu fakt vəziyyətə təsir etsə də, əhəmiyyətsiz olub.
Xəbər lenti
0