https://sputnik.az/20220727/kelbecerde-minaya-dusen-polkovnikin-son-durumu-aciqlanib-444420378.html
Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb
Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb
Sputnik Azərbaycan
İyulun 26-da Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində xəsarət alan N saylı hərbi hissəsinin komandiri, polkovnik Vüqar İsbəndiyarovun vəziyyəti... 27.07.2022, Sputnik Azərbaycan
2022-07-27T17:17+0400
2022-07-27T17:17+0400
2022-07-27T17:17+0400
mina
hərbi
kəlbəcər
https://cdnn1.img.sputnik.az/img/42360/97/423609702_0:188:1921:1268_1920x0_80_0_0_85c5c53978fb2661ecbd0e5d43c67c3f.jpg
BAKI, 27 iyul — Sputnik. Ötən gün Kəlbəcərdə minaya düşən Azərbaycan Ordusunun N saylı hərbi hissəsinin komandiri, polkovnik Vüqar İsbəndiyarovun son durumu açıqlanıb. Gəncədə hospitala yerləşdirilən zabitin sol ayağı amputasiya edilib, sağ ayağında isə çox saylı qırıqlar var.Bu gün V.İsbəndiyarovun sağ ayağı əməliyyat olunub. Polkovnikin bədəninin digər yerlərində qəlpə yarası yoxdur.Hazırda onun vəziyyəti stabildir. V.İsbəndiyarovun vəziyyəti tam sabitləşəndən sonra Bakıya Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndəriləcək.Qeyd edək ki, V.İsbəndiyarov iyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində xəsarət alıb.Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42360/97/423609702_0:0:1691:1268_1920x0_80_0_0_5b22e0aa37839b220ef4cde39e86a2c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, kəlbəcər
Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb
İyulun 26-da Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində xəsarət alan N saylı hərbi hissəsinin komandiri, polkovnik Vüqar İsbəndiyarovun vəziyyəti stabildir.
BAKI, 27 iyul — Sputnik. Ötən gün Kəlbəcərdə minaya düşən Azərbaycan Ordusunun N saylı hərbi hissəsinin komandiri, polkovnik Vüqar İsbəndiyarovun son durumu açıqlanıb. Gəncədə hospitala yerləşdirilən zabitin sol ayağı amputasiya edilib, sağ ayağında isə çox saylı qırıqlar var.
Bu gün V.İsbəndiyarovun sağ ayağı əməliyyat olunub. Polkovnikin bədəninin digər yerlərində qəlpə yarası yoxdur.
Hazırda onun vəziyyəti stabildir. V.İsbəndiyarovun vəziyyəti tam sabitləşəndən sonra Bakıya Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndəriləcək.
Qeyd edək ki, V.İsbəndiyarov iyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.