https://sputnik.az/20220727/gurcustan-istiqametinde-serhedi-pozmaq-isteyen-azerbaycanlilar-saxlaniliblar-444417089.html
Gürcüstan istiqamətində sərhədi pozmaq istəyən azərbaycanlılar saxlanılıblar
Gürcüstan istiqamətində sərhədi pozmaq istəyən azərbaycanlılar saxlanılıblar
Sputnik Azərbaycan
Azərbaycan-Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıb. 27.07.2022, Sputnik Azərbaycan
2022-07-27T14:55+0400
2022-07-27T14:55+0400
2022-07-27T15:19+0400
cəmiyyət
sərhəd
dövlət sərhəd xidməti
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198323_287:0:3928:2048_1920x0_80_0_0_94c2fd76b74bfe4db25f321005a4f550.jpg
BAKI, 27 iyul — Sputnik. İyul ayının 26-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan-Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıb.Bu barədə Azərbaycan Baş Prokurorluğu və DSX-nin birgə məlumatında qeyd edilib.Bildirilib ki, saxlanılan şəxslərin Şəki rayon sakinləri - 1987-ci il təvəllüdlü Nəsibov Kamal Ramiz oğlu və 1991-ci il təvəllüdlü Əliyev Elnur Möhübbət oğlu olmaları, əraziyə K.Nəsibova məxsus "Priora" markalı 99 KG 752 dövlət nömrə nişanlı avtomobillə gəlmələri müəyyən edilib.Avtomobilə baxış zamanı salonun içərisindən çəkisi 7 qram narkotik vasitə marixuanaya bənzər maddə, 2 ədəd tapança, 1 ədəd 16 mm çaplı ov tüfəngi, 5 ədəd patron, 1 ədəd cib bıçağı, 1 ədəd xəncər, 3300 Azərbaycan manatı və 200 ABŞ dolları aşkarlanaraq götürülüb.Hazırda Baş Prokurorluq və DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198323_742:0:3473:2048_1920x0_80_0_0_87e176c25837b99cc670485db2083ba5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərhəd, dövlət sərhəd xidməti
sərhəd, dövlət sərhəd xidməti
Gürcüstan istiqamətində sərhədi pozmaq istəyən azərbaycanlılar saxlanılıblar
14:55 27.07.2022 (Yenilənib: 15:19 27.07.2022) Azərbaycan-Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıb.
BAKI, 27 iyul — Sputnik. İyul ayının 26-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan-Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıb.
Bu barədə Azərbaycan Baş Prokurorluğu və DSX-nin birgə məlumatında qeyd edilib.
Bildirilib ki, saxlanılan şəxslərin Şəki rayon sakinləri - 1987-ci il təvəllüdlü Nəsibov Kamal Ramiz oğlu və 1991-ci il təvəllüdlü Əliyev Elnur Möhübbət oğlu olmaları, əraziyə K.Nəsibova məxsus "Priora" markalı 99 KG 752 dövlət nömrə nişanlı avtomobillə gəlmələri müəyyən edilib.
Avtomobilə baxış zamanı salonun içərisindən çəkisi 7 qram narkotik vasitə marixuanaya bənzər maddə, 2 ədəd tapança, 1 ədəd 16 mm çaplı ov tüfəngi, 5 ədəd patron, 1 ədəd cib bıçağı, 1 ədəd xəncər, 3300 Azərbaycan manatı və 200 ABŞ dolları aşkarlanaraq götürülüb.
Hazırda Baş Prokurorluq və DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.