CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eyvazovla Netrebkonun ehtiraslı öpüşü ispanları coşdurdu - video

© Photo : Instagram / yusif_eyvazov_officialYusif Eyvazov və Anna Netrebko, arxiv şəkli
Yusif Eyvazov və Anna Netrebko, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.07.2022
Abunə olmaq
Azərbaycanın opera müğənniləri İspaniyanın Baş Opera Teatrının səhnəsində uğurla çıxış ediblər
BAKI, 27 iyul — Sputnik. Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı və həmkarı Anna Netrebko ilə ehtiraslı öpüşü, eləcə də onların gözəl çıxışları Madrid Kral Teatrında keçirilən konserti yaddaqalan edib.
Bir il əvvələ planlaşdırılan konsertdə məşhur cütlük müxtəlif operalardan ariyalar ifa ediblər. İspanları təkcə ifa etdikləri mahnılar deyil, həm də konsertin yekun anlarında Yusiflə Annanın səhnədə ehtiraslı öpüşü coşdurub.
Sosial şəbəkə istifadəçiləri Eyvazov və Netrebkoya təriflər yağdıraraq, gözəl axşama görə minnətdarlıqlarını bildiriblər.
Konsertdə Azərbaycanın Xalq artisti Elçin Əzizov da çıxış edib - Madridin Baş Opera Teatrının səhnəsindəki çıxışı onun üçün debüt olub. Eyvazov həmyerlisini və həmkarını dəstəkləyərək onu möhtəşəm ifasına görə təbrik edib.
"Sənətə dəstək olan anlayışlı, ağıllı və vicdanlı insanlara təşəkkür edirəm. Konsertə gələn 3000 tamaşaçıya təşəkkür edirəm. Biz sevimli işimizlə məşğul olmağa, işləməyə və dünyanın hər yerindən dinləyicilərimizlə görüşməyə davam edirik", - deyə Eyvazov sosial şəbəkədə yazıb.
Yeri gəlmişkən, İspaniyadakı konsertdən bir gün əvvəl onlar Almaniyanın Reqensburq şəhərində hər il keçirilən "Thurn und Taxis Schlossfestspiele" musiqi festivalında birlikdə iştirak ediblər.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib..
Xəbər lenti
0