https://sputnik.az/20220727/ermenistandaki-revansist-quvvelerin-texribat-niyyetlerinin-qarsisi-alinacaq---eli-nagiyev-444439061.html
Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərinin qarşısı alınacaq - Əli Nağıyev
Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərinin qarşısı alınacaq - Əli Nağıyev
Sputnik Azərbaycan
Xidmət rəisi bildirib ki, bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələrin regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və... 27.07.2022, Sputnik Azərbaycan
2022-07-27T21:29+0400
2022-07-27T21:29+0400
2022-07-27T21:39+0400
cəmiyyət
dtx
əli nağıyev
qırğızıstan
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/16/425527795_0:305:1000:868_1920x0_80_0_0_fb84e86bacf2f9d78bccdaf2ab6a1156.jpg
BAKI, 27 iyul - Sputnik. Bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər. Belə bir açıqlama ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxış edib.General-polkovnik Əli Nağıyev çıxışında bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələrin regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyətinin mütəmadi davam etdirildiyini diqqətə çatdırıb.Onun sözlərinə görə, Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışması dərin təəssüf hissi yaradır."Respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq", - deyə qurum rəhbəri bildirib.Qeyd edək ki, iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilib.Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DTX rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.İclasda üzv dövlətlərin təhlükəsizlik təşkilatlarının rəhbərlərinin məruzələri dinlənilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/16/425527795_0:69:1001:819_1920x0_80_0_0_370167953b30d1e13166c8e9e300d622.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dtx, əli nağıyev, qırğızıstan
dtx, əli nağıyev, qırğızıstan
Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərinin qarşısı alınacaq - Əli Nağıyev
21:29 27.07.2022 (Yenilənib: 21:39 27.07.2022) Xidmət rəisi bildirib ki, bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələrin regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti davam etdirilir.
BAKI, 27 iyul - Sputnik. Bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər. Belə bir açıqlama ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxış edib.
General-polkovnik Əli Nağıyev çıxışında bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələrin regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyətinin mütəmadi davam etdirildiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışması dərin təəssüf hissi yaradır.
"Respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq", - deyə qurum rəhbəri bildirib.
Qeyd edək ki, iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DTX rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
İclasda üzv dövlətlərin təhlükəsizlik təşkilatlarının rəhbərlərinin məruzələri dinlənilib.