Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib

© Sputnik / Anar MustafayevDİN-nin binası, arxiv şəkli
DİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.07.2022
Abunə olmaq
Daxili İşlər Nazirliyinə verilmiş "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin adı və rəhbəri dəyişdirilib.
BAKI, 27 iyul — Sputnik. Bu ay Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən alınaraq Daxili İşlər Nazirliyinə verilmiş "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin adı və rəhbəri dəyişdirilib. Şirkət bundan sonra "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" adı altında fəaliyyət göstərəcək.
Ona rəhbərlik isə Aqşin Həbibovdan Rauf Mirqulamova keçib. O, bundan əvvəl "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"nin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi olub.
Yeni şirkət 107,7 FM tezliyində fəaliyyət göstərən "Avto FM" radiosunun idarə edilməsi ilə məşğul olacaq.
Xəbər lenti
0