https://sputnik.az/20220727/britaniya-sefiri-cebrayilda-minatemizleme-isleri-ile-tanis-olub-444420683.html
Britaniya səfiri Cəbrayılda minatəmizləmə işləri ilə tanış olub
Britaniya səfiri Cəbrayılda minatəmizləmə işləri ilə tanış olub
Sputnik Azərbaycan
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cəbrayılda "Qaya Safety Solutions" şirkətini ziyarət etdiyini və orada həyata keçirilən mühüm təmizləmə... 27.07.2022, Sputnik Azərbaycan
2022-07-27T17:33+0400
2022-07-27T17:33+0400
2022-07-27T17:33+0400
mina
cəmiyyət
britaniya
böyük britaniya
səfir
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444420530_0:0:1600:901_1920x0_80_0_0_8a0dd249cbb286dbf1b5ec49f091ed04.jpg
BAKI, 27 iyul — Sputnik. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunda minatəmizləmə işləri ilə tanış olub.O, bu barədə "Twitter" səhifəsində yazıb: "Cəbrayılda "Qaya Safety Solutions" şirkətini ziyarət etdim və orada həyata keçirilən mühüm təmizləmə əməliyyatları ilə tanış oldum. Mən həm də minaların harada olduğunu müəyyən edə bilən bu işçilərlə tanış oldum", - o yazıb.Xatırladaq ki, Böyük Britaniya işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi fəaliyyətini dəstəkləmək üçün Azərbaycana 500.000 funt sterlinq ayırıb.Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iyunun sonlarında məlumat yayıb."Böyük Britaniya regionu insanlar üçün təhlükəsiz yerə çevirmək və regionda sabitlik üçün çalışır. Böyük Britaniya bölgədə minatəmizləmə fəaliyyətini dəstəkləmək üçün əlavə 500.000 funt sterlinq ayırıb", - məlumatda deyilir.Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da bununla bağlı özünün "Twitter" səhifəsində paylaşım edib.Paylaşımda deyilir: "Biz bir yerdə regionda sülh üçün çalışmağa davam edirik. Britaniya Xarici İşlər Nazirliyi regionda minatəmizləmə fəaliyyəti üçün əlavə £500,000 ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444420530_180:0:1600:1065_1920x0_80_0_0_9341251c9c7775d3aa70c4ea5230f2e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, britaniya, böyük britaniya, səfir
mina, britaniya, böyük britaniya, səfir
Britaniya səfiri Cəbrayılda minatəmizləmə işləri ilə tanış olub
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cəbrayılda "Qaya Safety Solutions" şirkətini ziyarət etdiyini və orada həyata keçirilən mühüm təmizləmə əməliyyatları ilə tanış olduğunu bildirib.
BAKI, 27 iyul — Sputnik. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunda minatəmizləmə işləri ilə tanış olub.
O, bu barədə "Twitter" səhifəsində yazıb:
"Cəbrayılda "Qaya Safety Solutions" şirkətini ziyarət etdim və orada həyata keçirilən mühüm təmizləmə əməliyyatları ilə tanış oldum. Mən həm də minaların harada olduğunu müəyyən edə bilən bu işçilərlə tanış oldum", - o yazıb.
Xatırladaq ki, Böyük Britaniya işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi fəaliyyətini dəstəkləmək üçün Azərbaycana 500.000 funt sterlinq ayırıb.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iyunun sonlarında məlumat yayıb.
"Böyük Britaniya regionu insanlar üçün təhlükəsiz yerə çevirmək və regionda sabitlik üçün çalışır. Böyük Britaniya bölgədə minatəmizləmə fəaliyyətini dəstəkləmək üçün əlavə 500.000 funt sterlinq ayırıb", - məlumatda deyilir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da bununla bağlı özünün "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "Biz bir yerdə regionda sülh üçün çalışmağa davam edirik. Britaniya Xarici İşlər Nazirliyi regionda minatəmizləmə fəaliyyəti üçün əlavə £500,000 ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək".