Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Azərişıq" SİMA sisteminə inteqrasiya olunub

© Official website of President of Azerbaijan Republic“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi
“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi - Sputnik Azərbaycan, 1920, 27.07.2022
Abunə olmaq
Abonentlər SİMA vasitəsilə olduğu məkanı tərk etmədən "Azərişığ"ın "Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması" xidmətində enerji alqı-satqı müqaviləsi və texniki şərtin verilməsi barədə müraciətlərini təsdiqləyə bilərlər.
BAKI, 27 iyul — Sputnik. "Azərişıq" ASC vətəndaş məmnunluğunu və əlçatanlığı artırmaq üçün SİMA yeni nəsil rəqəmsal imza şirkətinin sisteminə inteqrasiya olunub.
Bu barədə Səhmdar Cəmiyyət xəbər yayıb.
Məlumata görə, ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya layihələri çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza ilə "ASAN Login" sistemi üzərindən "eGov" Elektron Hökumət və ya e-service.azerishiq.az portalına daxil olan vətəndaşlar "Azərişığ"ın "Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması" xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.
Abonentlərə olduğu məkanı tərk etmədən "Azərişığ"ın "Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması" xidmətində enerji alqı-satqı müqaviləsi və texniki şərtin verilməsi barədə müraciətlərini SİMA vasitəsilə təsdiqləmək imkanı yaradılıb.
Tətbiq edilən bu rəqəmsal transformasiya ilə abonentlər vaxt itkisinə yol vermədən, eləcə də imza üçün ödəniş etmədən bu xidmətlərdən yararlana bilərlər.
Növbəti mərhələdə isə əhali istehlakçısının ad dəyişdirilməsi zamanı enerji alqı-satqı müqaviləsinin SİMA ilə təsdiqi mümkün olacaq.
Əlavə məlumat əldə etmək üçün "Azərişığ"ın 199 Çağrı Mərkəzi, SİMA.az saytı və yaxud 157 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.
Xəbər lenti
0