Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

ABŞ hərbçiləri Azərbaycanın hərbi hissələrini ziyarət ediblər

© AR Ministry of DefenceABŞ nümayəndə heyəti hərbi hissə və Tibb İdarəsini ziyarət edib
ABŞ nümayəndə heyəti hərbi hissə və Tibb İdarəsini ziyarət edib - Sputnik Azərbaycan, 1920, 27.07.2022
Abunə olmaq
Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklahoma ştatı ilə "Ştatla Tərəfdaşlıq Proqramı"nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.
BAKI, 27 iyul — Sputnik. ABŞ ilə Azərbaycan arasında ikitərəfli hərbi əməkdaşlığa və "Ştatla Tərəfdaşlıq Proqramı"na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklahoma ştatı ilə "Ştatla Tərəfdaşlıq Proqramı"nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Xəbər lenti
0