https://sputnik.az/20220726/ukraynada-tehsil-alan-azerbaycanlilarin-kocurulmesi-barede---resmi-aciqlama-444384791.html
Ukraynada təhsil alan azərbaycanlıların köçürülməsi barədə - Rəsmi açıqlama
Ukraynada təhsil alan azərbaycanlıların köçürülməsi barədə - Rəsmi açıqlama
Sputnik Azərbaycan
Agentlik tələbələrə sənədlərini əldə etməyi tövsiyyə edir. 26.07.2022, Sputnik Azərbaycan
2022-07-26T18:15+0400
2022-07-26T18:15+0400
2022-07-26T18:15+0400
ukrayna
azərbaycan xəbərləri
tələbələr
https://cdnn1.img.sputnik.az/img/07e6/03/02/439758471_0:119:2577:1569_1920x0_80_0_0_9f1a06eca9a899e3a218b4fae139f346.jpg
BAKI, 26 iyul — Sputnik. Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi məsələsinə aydınlıq gətirilib.Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin departament direktoru Nicat Əsədli "Tələbələrin köçürülməsi" mövzusunda çıxışı zamanı məlumat verib. O bildirib ki, bu barədə bir çox hallarda problemlər sənədlərin təqdim edilməsi halları ilə bağlı yaranır."Tələbələrin bir çoxu qeyd edir ki, mövcud vəziyyətlə əlaqədar onlar sənədləri əldə etməkdə çətinlik çəkirlər. Ya universitet təqdim edə bilmir, ya da tələbələr gedib götürə bilmirlər. Bizim mövqeyimiz ondan ibarətdir ki, tələbələr son sənəd gününə, son ekspertiza gününə qədər sənədləri əldə etməyə çalışsınlar. Çünki köçürülmənin əsas predmetlərindən biri akademik arayış, akademik transkriptdir. Bunlar olmadıqda, biz tələbənin hansı kursda oxumağı, təlim nəticələri barədə heç bir məlumat əldə edə bilmirik. Hər bir halda həmin tələbələr şəxsi kabinet yaradıb, əllərində olan bütün sənədləri sistemə yükləsinlər. Təxminən avqustun ortalarına qədər bu sənədləri almağa çalışsınlar. Əgər akademik transkriptin bugünkü tarixə olan versiyasını ala bilmirlərsə, ən azından mart-aprel ayına qədər olan versiyasını təqdim etmələri yaxşı olardı. Belə olan halda bizim qərarvermə prosesinə təsir edə bilərlər. Lakin ümumilikdə xaricdən köçürülmədə tələbənin gediş-gəlişi, akademik transkript, təhsil haqqı borcunun olub-olmaması, universitetin beynəlxalq reytinqi, beynəlxalq səviyyəli imtahan nəticələri nəzərə alınır. Hansısa bir sənəd yoxdursa, bu, tələbənin köçürülməyəcəyi anlamına gəlmir. Təhsil Nazirliyində qiymətləndirmə ilə bağlı ekspertlər çalışır və bütün amillər nəzərə alınır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/02/439758471_163:0:2414:1688_1920x0_80_0_0_efebf2b06efa39f70886cfb2559744a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ukrayna, tələbələr
Ukraynada təhsil alan azərbaycanlıların köçürülməsi barədə - Rəsmi açıqlama
Agentlik tələbələrə sənədlərini əldə etməyi tövsiyyə edir.
BAKI, 26 iyul — Sputnik. Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi məsələsinə aydınlıq gətirilib.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin departament direktoru Nicat Əsədli "Tələbələrin köçürülməsi" mövzusunda çıxışı zamanı məlumat verib. O bildirib ki, bu barədə bir çox hallarda problemlər sənədlərin təqdim edilməsi halları ilə bağlı yaranır.
"Tələbələrin bir çoxu qeyd edir ki, mövcud vəziyyətlə əlaqədar onlar sənədləri əldə etməkdə çətinlik çəkirlər. Ya universitet təqdim edə bilmir, ya da tələbələr gedib götürə bilmirlər. Bizim mövqeyimiz ondan ibarətdir ki, tələbələr son sənəd gününə, son ekspertiza gününə qədər sənədləri əldə etməyə çalışsınlar. Çünki köçürülmənin əsas predmetlərindən biri akademik arayış, akademik transkriptdir. Bunlar olmadıqda, biz tələbənin hansı kursda oxumağı, təlim nəticələri barədə heç bir məlumat əldə edə bilmirik. Hər bir halda həmin tələbələr şəxsi kabinet yaradıb, əllərində olan bütün sənədləri sistemə yükləsinlər. Təxminən avqustun ortalarına qədər bu sənədləri almağa çalışsınlar.
Əgər akademik transkriptin bugünkü tarixə olan versiyasını ala bilmirlərsə, ən azından mart-aprel ayına qədər olan versiyasını təqdim etmələri yaxşı olardı. Belə olan halda bizim qərarvermə prosesinə təsir edə bilərlər. Lakin ümumilikdə xaricdən köçürülmədə tələbənin gediş-gəlişi, akademik transkript, təhsil haqqı borcunun olub-olmaması, universitetin beynəlxalq reytinqi, beynəlxalq səviyyəli imtahan nəticələri nəzərə alınır. Hansısa bir sənəd yoxdursa, bu, tələbənin köçürülməyəcəyi anlamına gəlmir. Təhsil Nazirliyində qiymətləndirmə ilə bağlı ekspertlər çalışır və bütün amillər nəzərə alınır".