Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qaz ixtilafı: enerji böhranı Aİ-ni məhv edəcəkmi?

© AFP 2024 / LENNART PREISS"Uniper Energy Storage" şirkətinin əməkdaşı qaz qurğusunda iş başında, arxiv şəkli
Uniper Energy Storage şirkətinin əməkdaşı qaz qurğusunda iş başında, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.07.2022
Abunə olmaq
Brüsselin enerji böhranı ilə mübarizə üçün tətbiq etdiyi sərt məhdudlaşdırıcı tədbirlər hər kəs üçün uyğun deyil. Qazdan məcburi qismən imtina ittifaqın parçalanmasını tezləşdirə bilər.
BAKI, 26 iyul — Sputnik. Keçən il Rusiya qazının Almaniyaya tədarükü ilə bağlı mübahisələr üzündən Avropada yaranmış enerji böhranı və bunun nəticəsində yanacağın qiymətinin hər min kubmetr üçün 2000 dollara qalxması Aİ üçün dərs olacağı və gələcəkdə quruma üzv ölkələrin bu cür manipulyasiyalardan imtina edəcəkləri gözlənilirdi.
O zaman "Şimal axını-2"nin sertifikatlaşdırılması məsələsinin həlli zamanı ABŞ-ın layihədən imtina etmək çağırışları Aİ ölkələri tərəfindən düşmənçiliklə qarşılanıb. Aİ ölkələrinin liderləri başa düşürdülər ki, bu layihədən imtina çox ciddi nəticələrlə səbəb ola bilər – quruma üzv ölkələri soyuq və qaranlıq qış gözləyir.
Lakin son hadisələr göstərir ki, ötən yay və payızda olanlardan nəticə çıxarılmayıb və ən pis günlər hələ qarşıdadır.
Aİ-nin Rusiya iqtisadiyyatını məhv etmək planları bu gün yalnız Avropa ölkələrindəki sahibkarlara və ev təsərrüfatlarına zərbə vurur - əhali anomal istilərdə kondisionerlərin istifadəsini mümkün qədər məhdudlaşdırmağa çağırılır, sahibkarlar kəskin artan elektrik enerjisi haqqını ödəyə bilmirlər.
Aİ hökumətləri enerji böhranının yükünü biznesin üzərinə atmağa çalışır - Fransanın energetik dəyişikliklər naziri Anyes Panye-Ryunaşe bildirib ki, qənaət məqsədi ilə gecələr işıqlı reklam qadağası genişləndiriləcək, mağazalara isə kondisioner və ya istilik sisteminin işlədiyi təqdirdə qapıların açıq saxlanılması qadağan ediləcək. Qaydaları pozanları cərimə gözləyir - açıq qapılara görə 750 avroya qədər, söndürülməyən işıqlı reklam üçün isə 1500 avroya qədər cərimə tətbiq edilib.
"Kəmərlərin daha da sıxılması" məsələsində Aİ-yə üzv olan ölkələrin hakimiyyət orqanları da primitiv üsullara müraciət edirlər.
Fransa hökumətinin nümayəndəsi Olivye Veran vətəndaşları qarşıdakı qışı elektrik enerjisinin kəsilməsindən xilas olmaq üçün dövlət resurslarına qənaət olunmasında dövlətə yardımçı olmağa çağırıb. Veran evdən çıxarkən vətəndaşları elektrik cihazlarını, xüsusən də "WIFI" routerlərini södürməyi tövsiyə edib. Veran həmçinin kondisionerlərin gücünü azaltmağı və otaqda olmadığı halda işıqları söndürməyi də məsləhət görərək enerji böhranı məsələsinin necəsə həll ediləcəyinə.
Qaz avropalılar arasında münaqişə yaradıb
Enerji qıtlığını nəzarət altına almaq üçün Avropa Komissiyası Aİ ölkələrini qaz istehlakının könüllü şəkildə 2023-cü il martın 31-dək azaldılması planlarını bu ilin sentyabr ayının sonunadək 15% azaltmağa çağırıb.
Bu, bir çox Aİ ölkələri üçün kəskin tədbirdir, xüsusən də, avrozona sənayesi əsasən təbii qaz hesabına fəaliyyət göstərir, alternativ enerjinin imkanları isə hələ qazdan müstəqilliyi təmin edə biləcək səviyyəyə çatmayıb.
Artıq bir sıra ölkələr Avropa Komissiyasının təklifinə qarşı çıxıb. Belə ki, İtaliya hökuməti 15% azalmanın iqtisadiyyatın bir sıra sahələrini həddindən artıq itkilər verməyə məcbur edəcəyini nəzərə alaraq layihəni çox sərt hesab edib. Brüsselin planına qarşı İspaniya, Portuqaliya, Yunanıstan və Macarıstan da çıxıblar.
Bundan əlavə, bu yaxınlarda Avropa İttifaqı diplomatlarının toplantısında 27 üzv ölkədən 12-si təkliflə bağlı narahatlığını bildirib. Danimarka, Fransa, İrlandiya, İtaliya, Malta, Hollandiya, Polşa və Portuqaliya dövlətlərinin nümayəndələri bildiriblər ki, Brüssel bu cür qərarları təkbaşına qəbul etməməlidir.
Aİ-dən "exit"lər davam edəcək?
Brüsselin təklifinin qanuna çevrilməsi üçün Aİ-nin yalnız 15 üzvünün razılığı kifayətdir. Avrozonanın qalan ölkələri yeni şərtlərə əməl etməli olacaqlar ki, bu da şübhəsiz ki, ayrı-ayrı dövlətlərin enerji sektorunda vəziyyəti daha da pisləşdirəcək.
O zaman bu ölkələrin liderlərinin sosial-iqtisadi problemlərlə üz-üzə qalacağı gözlənilir. Ola bilsin ki, belə sərt qərar Brüsselə əks nəticə versin və iqtisadi problemlərdən zəifləyən Avropa İttifaqı parçalanma və ya dağılma riski ilə üzləşsin.
Avrozonanın iqtisadi göstəricilərinə nəzər salsanız, belə bir ssenarinin baş verməsi ehtimalı çoxdur - son 23 ildə inflyasiya maksimum həddədir, uçot dərəcəsinin artmasına baxmayaraq, avro dollara nisbətdə ucuzlaşmaqda davam edir, ÜDM-in artımı ilə bağlı proqnozlar optimistlikdən uzaqdır.
Burada 2020-ci ildə Avropa İttifaqını tərk edən Böyük Britaniyanın nümunəsini xatırlatmaq yerinə düşər - bu proses "Brexit" adlanırdı. Ölkənin "Aİ divarları"ndan kənarda iqtisadi tənəzzülün olacağı proqnozlaşdırılsa da, krallığın bugünkü vəziyyəti kifayət qədər qənaətbəxşdir. Almaniya kimi Aİ-nin ən böyük iqtisadiyyatları tənəzzül ərəfəsində olsa da, Böyük Britaniyanın ÜDM-i may ayında illik ifadədə 3,5% artıb.
Böyük Britaniyanın nümunəsi Aİ-nin qalan üzvləri üçün yoluxucu ola bilər, xüsusən də xatırlasaq ki, krallıqda avrozonadan çıxmaqla bağlı referendumun keçirilməsi məsələsi 2011-ci il iqtisadi böhrandan sonra qaldırılmışdı.
Çox güman ki, öz iqtisadiyyatlarının ziyanına qazdan imtina etmək məcburiyyətində qalacaq Aİ ölkələri də Aİ-dən "boşanma" haqqında düşünə bilər, xüsusən də İtaliya, Macarıstan, Yunanıstan və bir sıra digər ölkələr artıq boru kəməri qazının alınması üçün uzunmüddətli müqavilələr bağlayır və maye qazın qəbulu üçün əlavə obyektlər tikir.
Brüssel onları istehlaklarını azaltmağa məcbur etməklə, bu ölkələri əlverişsiz vəziyyətə salır. Onlar üçün böyük həcmdə infrastruktur pulları ödənilib, lakin imtina etmək lazımdır. Beləliklə, son bir neçə ildə mövqeləri artıq xeyli zəifləmiş Avropa İttifaqı faktiki olaraq qapılarını açır və onları arxasınca çırpmaq istəyənlər arta bilər.
Xəbər lenti
0