https://sputnik.az/20220726/dovlet-sosial-mudafie-fondunun-gelirleri-artib---cedvel-444377690.html
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb - CƏDVƏL
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb - CƏDVƏL
Sputnik Azərbaycan
Fondun maliyyə müstəqilliyi və dayanıqlılığının gücləndirilməsi istiqamətində mühüm irəliləyişə nail olunub. 26.07.2022, Sputnik Azərbaycan
2022-07-26T15:18+0400
2022-07-26T15:18+0400
2022-07-26T15:18+0400
sosial
cəmiyyət
dövlət sosial müdafiə fondu
gəlir
https://cdnn1.img.sputnik.az/img/41806/37/418063792_0:0:1201:676_1920x0_80_0_0_5a7b3fd1abf1168317640231332c078f.jpg
BAKI, 26 iyul — Sputnik. Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artım baş verib.Nazirliyin məlumatına görə, sistemli sosial-iqtisadi islahatların nəticəsi kimi qeyri-leqal məşğulluğun azalması dinamikası, məşğulluq imkanlarının, əməkhaqlarının ardıcıl artımı sosial sığorta daxilolmalarının da davamlı artımına imkan verib.Bunun daha bir göstəricisi kimi, DSMF gəlirlərində sosial sığorta daxilolmaları son 6 ayda 21 faiz artıb.Həmin daxilolmalarda davamlı artım və Fondun fəaliyyətinin optimallaşdırılması, şəffaflığın təminatı dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfert məbləğinin də 2022-ci ilin yanvar-iyun aylarında 8,55 faiz azalmasına imkan verib.Ümumilikdə son 4 ildə sosial ödənişlərin davamlı artımına baxmayaraq, dövlət büdcəsindən transfert məbləğinin DSMF büdcəsində payı 4 il əvvəlki 38 faizdən 17,6 faiz azalmaqla Fondun tarixində ilk dəfə olaraq 20,42 faizə enib. Bu da DSMF-nin maliyyə müstəqilliyi və dayanıqlılığının gücləndirilməsi istiqamətində mühüm irəliləyişə nail olunduğunu göstərir.Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri proqnozla müqayisədə 9 faiz və ya 238 mln. manat çox olmaqla 2 mlrd. 806 mln. manat təşkil edib.Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz və ya 120 mln. manat artaraq 2 mlrd. 591 mln. manat olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41806/37/418063792_0:0:1057:793_1920x0_80_0_0_c5272a5a9691a8240b081c2224e17312.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sosial, dövlət sosial müdafiə fondu, gəlir
sosial, dövlət sosial müdafiə fondu, gəlir
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb - CƏDVƏL
Fondun maliyyə müstəqilliyi və dayanıqlılığının gücləndirilməsi istiqamətində mühüm irəliləyişə nail olunub.
BAKI, 26 iyul — Sputnik. Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artım baş verib.
Nazirliyin məlumatına görə, sistemli sosial-iqtisadi islahatların nəticəsi kimi qeyri-leqal məşğulluğun azalması dinamikası, məşğulluq imkanlarının, əməkhaqlarının ardıcıl artımı sosial sığorta daxilolmalarının da davamlı artımına imkan verib.
Bunun daha bir göstəricisi kimi, DSMF gəlirlərində sosial sığorta daxilolmaları son 6 ayda 21 faiz artıb.
Həmin daxilolmalarda davamlı artım və Fondun fəaliyyətinin optimallaşdırılması, şəffaflığın təminatı dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfert məbləğinin də 2022-ci ilin yanvar-iyun aylarında 8,55 faiz azalmasına imkan verib.
Ümumilikdə son 4 ildə sosial ödənişlərin davamlı artımına baxmayaraq, dövlət büdcəsindən transfert məbləğinin DSMF büdcəsində payı 4 il əvvəlki 38 faizdən 17,6 faiz azalmaqla Fondun tarixində ilk dəfə olaraq 20,42 faizə enib. Bu da DSMF-nin maliyyə müstəqilliyi və dayanıqlılığının gücləndirilməsi istiqamətində mühüm irəliləyişə nail olunduğunu göstərir.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri proqnozla müqayisədə 9 faiz və ya 238 mln. manat çox olmaqla 2 mlrd. 806 mln. manat təşkil edib.
Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz və ya 120 mln. manat artaraq 2 mlrd. 591 mln. manat olub.