CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Mumbay aviareysi nə vaxt açılacaq

© AFP 2023 / XAVIER GALIANAHindistan
Hindistan  - Sputnik Azərbaycan, 1920, 26.07.2022
Abunə olmaq
Hazırda bu istiqamətdə səlahiyyətli qurumlar arasında danışıqlar aparılır.
BAKI, 26 iyul — Sputnik. Azərbaycanla Hindistan arasında daha bir aviareys açılacaq. APA-nın məlumatına görə, yeni istiqamətin Bakı-Mumbay arasında olacağı gözlənilir. Hazırda bu istiqamətdə səlahiyyətli qurumlar arasında danışıqlar aparılır.
Qeyd edək ki, avqustun 9-dan etibarən Bakı-Dehli istiqaməti üzrə uçuşlara başlanacaq.
"Azərbaycan Hava Yolları" aviaşirkəti avqustun 9-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Hindistanın Yeni Dehli şəhəri marşrutu üzrə bilet satışına başlayıb.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən verilən xəbərə görə, cədvələ əsasən, uçuşların tezliyi həftədə iki dəfə təşkil edəcək: Bakıdan uçuşlar çərşənbə axşamı və cümə günləri, Yeni Dehli şəhərindən isə çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
AZAL Bakı-Yeni Dehli-Bakı marşrutu üzrə uçuş proqramını "Zeal Global Group" şirkəti ilə birgə həyata keçirir.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalar daxildir.
Həmin reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Hindistana getməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı link vasitəsilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/az/information/covid-india
Xəbər lenti
0