https://sputnik.az/20220726/azerbaycanda-yeni-secki-menteqeleri-yaradilib-444388160.html
Azərbaycanda yeni seçki məntəqələri yaradılıb
Azərbaycanda yeni seçki məntəqələri yaradılıb
Sputnik Azərbaycan
Mərkəzi Seçki Komissiyasının sədrinin müavini bildirib ki, həmin seçki məntəqələri 103 seçki dairəsində yaradılıb. 26.07.2022, Sputnik Azərbaycan
2022-07-26T19:43+0400
2022-07-26T19:43+0400
2022-07-26T19:43+0400
azərbaycan
siyasət
msk
mərkəzi seçki komissiyası
seçki məntəqəsi
https://cdnn1.img.sputnik.az/img/42309/43/423094310_0:160:3073:1888_1920x0_80_0_0_df4080430713d5da6a0aa6e7b3f2eef3.jpg
BAKI, 26 iyul — Sputnik. Azərbaycanda 832 yeni seçki məntəqəsi yaradılıb.Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib.Onun sözlərinə görə, həmin seçki məntəqələri 103 seçki dairəsində yaradılıb.R.Qasımov bildirib ki, bununla da ölkədə seçki məntəqələrinin ümumi sayı 6274-ə çatıb.Xatırladaq ki, bir müddət əvvəl Mərkəzi Seçki Komissiyası Azərbaycanda 2022-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, dəqiqləşdirilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərar qəbul edib.Qərarda deyilir:"Azərbaycan Respublikasında 2022-ci ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin;Tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təsdiq edilməsi işinin təşkili müvafiq dairə seçki komissiyalarına həvalə edilsin;Seçici sayı Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan çox olan seçki məntəqələri ərazisində təxirə salınmadan əlavə seçki məntəqələri yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin;Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq edildikdən sonra Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin;Qərarın icrası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və müvafiq dairə seçki komissiyalarına həvalə edilsin".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42309/43/423094310_170:0:2901:2048_1920x0_80_0_0_5fe1f58f5cf74491741078c4a231b148.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, msk, mərkəzi seçki komissiyası, seçki məntəqəsi
azərbaycan, msk, mərkəzi seçki komissiyası, seçki məntəqəsi
Azərbaycanda yeni seçki məntəqələri yaradılıb
Mərkəzi Seçki Komissiyasının sədrinin müavini bildirib ki, həmin seçki məntəqələri 103 seçki dairəsində yaradılıb.
BAKI, 26 iyul — Sputnik. Azərbaycanda 832 yeni seçki məntəqəsi yaradılıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, həmin seçki məntəqələri 103 seçki dairəsində yaradılıb.
R.Qasımov bildirib ki, bununla da ölkədə seçki məntəqələrinin ümumi sayı 6274-ə çatıb.
Xatırladaq ki, bir müddət əvvəl Mərkəzi Seçki Komissiyası Azərbaycanda 2022-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, dəqiqləşdirilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərar qəbul edib.
"Azərbaycan Respublikasında 2022-ci ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin;
Tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təsdiq edilməsi işinin təşkili müvafiq dairə seçki komissiyalarına həvalə edilsin;
Seçici sayı Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan çox olan seçki məntəqələri ərazisində təxirə salınmadan əlavə seçki məntəqələri yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin;
Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq edildikdən sonra Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin;
Qərarın icrası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və müvafiq dairə seçki komissiyalarına həvalə edilsin".