NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti kəskin ucuzlaşıb

© Sputnik / Максим Богодвид / Mediabanka keçidNeft quyusu, arxiv şəkli
Neft quyusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.07.2022
Abunə olmaq
Neft bazarında dəyişkənlik yaşanır, təklif çatışmazlığı ilə bağlı narahatlıqlar var.
BAKI, 26 iyul — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 1,35 dollar artaraq 106,50 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,25 dollar bahalaşaraq 97,95 dollar olub.
Bazarda təklif çatışmazlığı ilə bağlı narahatlıqlar fonunda neftin qiyməti bahalaşıb. Tələb və təklif perspektivlərini qiymətləndirmə məsələsi bazarda dəyişkənlik nümayiş etdirir.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,56 dollar azalaraq 112,32 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Xəbər lenti
0