DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropada qaz üzündən ciddi parçalanma təhlükəsi yaranıb - KİV

© AFP 2023 / ANDREI PUNGOVSCHIQaz qurğusunu yoxlayan əməkdaş, arxiv şəkli
Qaz qurğusunu yoxlayan əməkdaş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.07.2022
Abunə olmaq
Avropa Komissiyası quruma üzv olan ölkələrə qaza olan tələbatı könüllü olaraq 15 faiz azaltmağı təklif edir.
BAKI, 26 iyul — Sputnik. Gərginləşən enerji böhranı fonunda Avropa İttifaqı (Aİ) ciddi daxili parçalanma riski ilə üzləşib. Bu barədə İspaniyanın El Pais nəşrində yazı yer alıb.
Brüsseldə ehtiyat edirlər ki, qaz istehlakının normallaşdırılması və azaldılması Aİ-nin parçalanmasına gətirib çıxaracaq. Artıq mümkün iqtisadi və enerji böhranları qarşısında "gözlənilməz nəticələrlə" "ilk çatlar" görünməyə başlayıb.
Aİ-nin qaz istehlakını 15 faiz azaltmaq təklifi 27 üzv dövlət arasında dərin fikir ayrılıqlarını ortaya qoyub. Bununla belə, son həftələrdəki ziddiyyətlər enerji sahəsindən də kənara çıxır: "şimal" və "cənub" arasındakı fərq fiskal və pul siyasəti məsələlərində göz qabağındadır.
"Avropa İttifaqı son 10 ildən artıq müddətdə üçüncü dəfədir ki, tərəfdaşların birliyini və illər ərzində zəhmətlə yaradılmış vahid sosial, iqtisadi və pul məkanını saxlamaq qabiliyyətini sınağa çəkəcək ekzistensial böhranla üzləşir", — deyə nəşrdə vurğulanır.
İyulun 20-də Avropa Komissiyası qaza tələbatın azaldılması üçün əlaqələndirilmiş tədbirlər görməyi təklif edib. Başlamaq üçün, bütün Aİ ölkələrində 1 avqust 2022-ci ildən 2023-cü il martın 31-dək tələbin könüllü olaraq 15 faiz azaldılması nəzərdə tutulub. Bu, 45 milyard kubmetr qaza bərabərdir.
Qüvvəyə minməzdən əvvəl AK-nin təklifi Aİ Şurasında quruma üzv dövlətlərin yüksək ixtisaslı dövlətlərinin əksəriyyəti tərəfindən razılaşdırılmalıdır. Çərşənbə günü bu, Brüsseldə energetika nazirləri tərəfindən müzakirə olunacaq.
Xəbər lenti
0