DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropada qaz bahalaşır

© AFP 2024 / GETTY IMAGES NORTH AMERICA /JOE RAEDLEQaz kəməri üzərində qurğu, arxiv şəkli
Qaz kəməri üzərində qurğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.07.2022
Abunə olmaq
Sabahdan "Şimal axını" ilə qaz nəqli təxminən iki dəfə azalaraq 33 milyon kubmetrə enəcək.
BAKI, 26 iyul — Sputnik. Avropada min kubmetr qazın qiyməti 3 faizdən çox bahalaşaraq 1900 dolları ötüb.
Londonun ICE birjasının məlumatına görə, hazırda min kubmetr qazın avqust fyuçersinin qiyməti 1929 dollardır.
"Şimal axını" boru kəməri ətrafında yaranan vəziyyət fonunda təbii qazın qiyməti iyulun 14-dən bəri ilk dəfə bu həddə yüksəlib.
Bu ərəfədə "Qazprom" şirkəti "Portovaya" kompressor stansiyasında təmirlər arası müddətin başa çatması səbəbindən daha bir qaz-turbin mühərrikinin işinin dayandırılması ilə bağlı bəyanat verib. Nəticədə iyulun 27-dən "Şimal axını" ilə qaz nəqli təxminən iki dəfə azalaraq 33 milyon kubmetrə enəcək. Hazırda həmin göstərici 67 milyon kubmetrdir.
Qeyd edək ki, iyulun 20-də Avropa Komissiyası (AK) qaza tələbatın azaldılması üçün əlaqələndirilmiş tədbirlər görməyi təklif edib. Bütün Avropa ölkələrində 1 avqust 2022-ci ildən 2023-cü il martın 31-dək tələbin könüllü olaraq 15 faiz azaldılması nəzərdə tutulub. Bu, 45 milyard kubmetr qaza bərabərdir.
Qüvvəyə minməzdən əvvəl AK-nin təklifi Avropa İttifaqı Şurasında quruma üzv dövlətlərin yüksək ixtisaslı dövlətlərinin əksəriyyəti tərəfindən razılaşdırılmalıdır. Çərşənbə günü bu, Brüsseldə energetika nazirləri tərəfindən müzakirə olunacaq.
Xatırladaq ki, bu ilin martın 7-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq 3 min 900 dollaradək yüksəlmişdi.
Xəbər lenti
0