https://sputnik.az/20220725/turkiye-ermenistan-serhedinde-mina-partlayib-444354101.html
Türkiyə-Ermənistan sərhədində mina partlayıb
Türkiyə-Ermənistan sərhədində mina partlayıb
Sputnik Azərbaycan
Qars vilayətinin Arpaçay rayonunda Ermənistan ilə sərhədə yaxın bu ərazidə minalardan təmizləmə işləri aparılıb. 25.07.2022, Sputnik Azərbaycan
2022-07-25T16:48+0400
2022-07-25T16:48+0400
2022-07-25T17:20+0400
mina
dünya xəbərləri
sərhəd
türkiyə
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348248_0:199:2757:1750_1920x0_80_0_0_19ee3c6366bd85d7b9248227f9bd6438.jpg
BAKI, 25 iyul — Sputnik. Türkiyə-Ermənistan sərhədində minanın partlaması nəticəsində bir nəfər yaralanıb. Bu barədə Türkiyənin "Kars Güncel" nəşri məlumat yayıb.Qeyd olunur ki, hadisə Qars vilayətinin Arpaçay rayonunda baş verib. Ermənistan ilə sərhədə yaxın bu ərazidə minalardan təmizləmə işləri aparılıb.Bundan əvvəl Türkiyə mətbuatı Ermənistan və Türkiyə nümayəndələri arasında aparılan danışıqlar zamanı Türkiyənin şərqindəki Qars vilayətinin Akyaka rayonunda Doğukapı keçid məntəqəsinin və Alikan keçid məntəqəsinin açılışına hazırlıq barədə məlumat yayıb. Bu, üçüncü ölkələrin vətəndaşları üçün edilir, iyulun əvvəlində bununla bağlı razılaşma əldə olunub.Xatırladaq ki, bundan əvvəl Türkiyənin Ermənistanla danışıqlar üzrə nümayəndəsi Sərdar Kılıçın həmin əraziyə səfərinə dair məlumat yayılmışdı.Qeyd edək ki, iyunda Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Sərdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.Bildirilib ki, görüş çərçivəsində tərəflər, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348248_187:0:2520:1750_1920x0_80_0_0_203d9bddfc601eb0d7146abecf8da99a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mina, sərhəd, türkiyə, ermənistan
mina, sərhəd, türkiyə, ermənistan
Türkiyə-Ermənistan sərhədində mina partlayıb
16:48 25.07.2022 (Yenilənib: 17:20 25.07.2022) Qars vilayətinin Arpaçay rayonunda Ermənistan ilə sərhədə yaxın bu ərazidə minalardan təmizləmə işləri aparılıb.
BAKI, 25 iyul — Sputnik. Türkiyə-Ermənistan sərhədində minanın partlaması nəticəsində bir nəfər yaralanıb. Bu barədə Türkiyənin "Kars Güncel" nəşri məlumat yayıb.
Qeyd olunur ki, hadisə Qars vilayətinin Arpaçay rayonunda baş verib. Ermənistan ilə sərhədə yaxın bu ərazidə minalardan təmizləmə işləri aparılıb.
Bundan əvvəl Türkiyə mətbuatı Ermənistan və Türkiyə nümayəndələri arasında aparılan danışıqlar zamanı Türkiyənin şərqindəki Qars vilayətinin Akyaka rayonunda Doğukapı keçid məntəqəsinin və Alikan keçid məntəqəsinin açılışına hazırlıq barədə məlumat yayıb. Bu, üçüncü ölkələrin vətəndaşları üçün edilir, iyulun əvvəlində bununla bağlı razılaşma əldə olunub.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin Ermənistanla danışıqlar üzrə nümayəndəsi Sərdar Kılıçın həmin əraziyə səfərinə dair məlumat yayılmışdı.
Qeyd edək ki, iyunda Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Sərdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.
Bildirilib ki, görüş çərçivəsində tərəflər, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib.