Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tərtərdə silahlı insident baş verib

© AR Ministry of Internal AffairsSaxta pulların dövriyyəyə buraxılması, qanunusuz olaraq odlu silah və narkotik vasitələr saxlayan “Topuş” və “Paşa” ləqəbli şəxslər saxlanılıblar
Saxta pulların dövriyyəyə buraxılması, qanunusuz olaraq odlu silah və narkotik vasitələr saxlayan “Topuş” və “Paşa” ləqəbli şəxslər saxlanılıblar - Sputnik Azərbaycan, 1920, 25.07.2022
Abunə olmaq
Su üstündə yaranan mübahisədən sonra Namiq Hüseynov şəxsi "VAZ 2106" markalı avtomobilinə əyləşib gedərkən Rəsul adlı şəxs ona odlu silahdan atəş açıb.
BAKI, 25 iyul - Sputnik. Tərtərin Əskipara kəndində silahlı insident baş verib.
Rayonun Yuxarı Qaradağlı kənd sakini, özəl sahibkar Namiq Əmikişi oğlu Hüseynov əkdiyi pambıq sahəsini suvarmaq məqsədilə qonşu Əskipara kəndindən gələn arxdan su açıb. Bu zaman kənd sakini Rəsul adlı şəxs pambıq üçün su verməyəcəyini deyib.
Su üstündə yaranan mübahisədən sonra Namiq Hüseynov şəxsi "VAZ 2106" markalı avtomobilinə əyləşib gedərkən Rəsul adlı şəxs ona odlu silahdan atəş açıb.
Atəş nəticəsində Namiq Hüseynova xəsarət yetirilməsə də, şəxsi avtomobilinə ciddi ziyan dəyib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbər lenti
0