https://sputnik.az/20220725/ndiyedek-mecburi-kockunlerin-meskunlasdigi-binalarin-gelecek-taleyi-nece-olacaq-444204676.html
İndiyədək məcburi köçkünlərin məskunlaşdığı binaların gələcək taleyi necə olacaq?
İndiyədək məcburi köçkünlərin məskunlaşdığı binaların gələcək taleyi necə olacaq?
Sputnik Azərbaycan
İbrahim Mirzəyev müxtəlif qurumların balansında olan yataqxanalarla bağlı qərar vermək səlahiyyətlərinin olmadığını bildirdi. 25.07.2022, Sputnik Azərbaycan
2022-07-25T10:02+0400
2022-07-25T10:02+0400
2022-07-25T10:02+0400
məcburi köçkünlər
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425259654_0:0:3073:1728_1920x0_80_0_0_3305ccdb72ec948db77f905461738be1.jpg
BAKI, 25 iyul — Sputnik. Bu günlərdə Zəngilanın Ağalı kəndinə "Böyük Qayıdış" baş tutdu. İlkin mərhələdə 58 nəfərdən ibarət 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. Sakinlərin köçürülməsi növbəti günlərdə də davam edəcək. Prezident İlham Əliyev torpaqların işğaldan azad olunmasından sonra artıq keçmiş məcburi köçkünlər üçün mənzillərin Bakı, Sumqayıt və digər şəhərlərdə deyil, işğaldan azad olunmuş ərazilərdə inşa ediləcəyini vurğulamışdı. Bu köç məcburi köçkünlərin məskunlaşdığı binaların gələcək taleyi ilə bağlı müəyyən suallara yol açıb. Məcburi köçkünlərin hazırda məskunlaşdığı binalar onlar Qarabağa köçdükdən sonra hansı qurumun balansına keçirilir? Bu mənzillər kimlərə veriləcək?Suallarımıza cavab tapmaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitənin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ağalıya köçürülən ailələr arasında məcburi köçkünlər üçün inşa olunmuş binalarda məskunlaşanlar yoxdur. Onun sözlərinə görə, həmin şəxslər indiyədək müxtəlif qurumların balansında olan yataqxana və yarımçıq tikililərdə məskunlaşdıqlarından, onların müvəqqəti yaşadıqları yataqxananın necə istismar olunacağı da həmin təşkilatların səlahiyyətindədir. Amma məcburi köçkünlərin bu vaxtadək yaşadığı mənzillər onlar öz yurdlarına köçürüldükcə məcburi köçkün ailələrindən olan şəhid və qazi ailələrinə veriləcək.İ.Mirzəyev bildirib ki, ölkə başçısı "Qaçqınkom"un balansında olan, məcburi köçkünlər üçün inşa edilən yaşayış binalarının şəhid ailələri və müharibə əlillərinə verilməsi ilə bağlı sərəncam da imzalayıb. Sərəncama əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və çoxmərtəbəli yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Söhbət 4700-ə yaxın mənzilli qəsəbələrdən və çoxmərtəbəli yaşayış binalarından gedir. Bu mənzillər Bakı, Sumqayıt, Abşeron, Samux, Lənkəran ərazisində yerləşir. Şəhid ailələri, müharibə əlilləri evlə təmin edildikdən sonra istifadəsiz qalan mənzillər satışa çıxarılacaq. Satışı yolu ilə əldə olunan gəlirlər isə digər rayon və şəhərlərdə şəhid ailələri və müharibə əlilləri üçün evlərin tikintisinə sərf olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425259654_159:0:2890:2048_1920x0_80_0_0_d19695c231dcd545a6a0ebc353c6e789.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məcburi köçkünlər
İndiyədək məcburi köçkünlərin məskunlaşdığı binaların gələcək taleyi necə olacaq?
İbrahim Mirzəyev müxtəlif qurumların balansında olan yataqxanalarla bağlı qərar vermək səlahiyyətlərinin olmadığını bildirdi.
BAKI, 25 iyul — Sputnik. Bu günlərdə Zəngilanın Ağalı kəndinə "Böyük Qayıdış" baş tutdu. İlkin mərhələdə 58 nəfərdən ibarət 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. Sakinlərin köçürülməsi növbəti günlərdə də davam edəcək.
Prezident İlham Əliyev torpaqların işğaldan azad olunmasından sonra artıq keçmiş məcburi köçkünlər üçün mənzillərin Bakı, Sumqayıt və digər şəhərlərdə deyil, işğaldan azad olunmuş ərazilərdə inşa ediləcəyini vurğulamışdı. Bu köç məcburi köçkünlərin məskunlaşdığı binaların gələcək taleyi ilə bağlı müəyyən suallara yol açıb. Məcburi köçkünlərin hazırda məskunlaşdığı binalar onlar Qarabağa köçdükdən sonra hansı qurumun balansına keçirilir? Bu mənzillər kimlərə veriləcək?
Suallarımıza cavab tapmaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitənin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ağalıya köçürülən ailələr arasında məcburi köçkünlər üçün inşa olunmuş binalarda məskunlaşanlar yoxdur.
Onun sözlərinə görə, həmin şəxslər indiyədək müxtəlif qurumların balansında olan yataqxana və yarımçıq tikililərdə məskunlaşdıqlarından, onların müvəqqəti yaşadıqları yataqxananın necə istismar olunacağı da həmin təşkilatların səlahiyyətindədir. Amma məcburi köçkünlərin bu vaxtadək yaşadığı mənzillər onlar öz yurdlarına köçürüldükcə məcburi köçkün ailələrindən olan şəhid və qazi ailələrinə veriləcək.
İ.Mirzəyev bildirib ki, ölkə başçısı "Qaçqınkom"un balansında olan, məcburi köçkünlər üçün inşa edilən yaşayış binalarının şəhid ailələri və müharibə əlillərinə verilməsi ilə bağlı sərəncam da imzalayıb. Sərəncama əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və çoxmərtəbəli yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.
Söhbət 4700-ə yaxın mənzilli qəsəbələrdən və çoxmərtəbəli yaşayış binalarından gedir. Bu mənzillər Bakı, Sumqayıt, Abşeron, Samux, Lənkəran ərazisində yerləşir. Şəhid ailələri, müharibə əlilləri evlə təmin edildikdən sonra istifadəsiz qalan mənzillər satışa çıxarılacaq. Satışı yolu ilə əldə olunan gəlirlər isə digər rayon və şəhərlərdə şəhid ailələri və müharibə əlilləri üçün evlərin tikintisinə sərf olunacaq.