https://sputnik.az/20220725/nazirler-kabineti-erzaqliq-bugda-ile-bagli-melumat-yaydi-444354234.html
Nazirlər Kabineti ərzaqlıq buğda ilə bağlı məlumat yaydı
Nazirlər Kabineti ərzaqlıq buğda ilə bağlı məlumat yaydı
Sputnik Azərbaycan
"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanın icrasına başlanıb 25.07.2022, Sputnik Azərbaycan
2022-07-25T17:02+0400
2022-07-25T17:02+0400
2022-07-25T17:23+0400
buğda
iqtisadiyyat
ərzaq
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345162_0:159:3079:1890_1920x0_80_0_0_99a6113f391d1929b63854f47addf7a5.jpg
BAKI, 25 iyul — Sputnik. Azərbaycan Prezidentinin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanının icrasına başlanıb.Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən 2022-ci il 19 iyul tarixində "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərman imzalanıb.Fərmanın icrası çərçivəsində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş sərəncama uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi iki ay müddətində Dövlət Ehtiyatları Agentliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taxıl haqqında qanunvericiliyin təkmilləşdirilməsi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla isə ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması və müasir suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizminin təkmilləşdirilməsi və dövlət zəmanətinin tətbiqi ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcək.Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tədbirlərin icrası nəticələrinin təhlilinə dair hesabatın hər il yanvarın 20-dək Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.Dövlət Ehtiyatları Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, ərzaqlıq buğdanın dövlət tədarük qiyməti ilə bağlı təkliflərini cari il üzrə iyulun 28-dək, növbəti illər üçün isə hər il iyunun 10-dək Nazirlər Kabinetinə təqdim edəcək.Fərmanda deyilir ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan yeni dəstək tədbirləri həyata keçirilir.Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqların işğaldan azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması məqsədilə yeni hədəflərin müəyyən edilməsinə imkan verir.Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu fərmanda nəzərdə tutulan təsərrüfatların su təminatının təkmilləşdirilməsi məqsədilə tədbirlər görəcək.Sənədə əsasən, Azərbaycanda hər il ərzaqlıq buğdanın tədarük qiyməti müəyyən ediləcək, ərzaqlıq buğdaya görə 5 il müddətinə subsidiya veriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345162_173:0:2904:2048_1920x0_80_0_0_8ccae84626430b3c7f167226de555aec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
buğda, ərzaq
Nazirlər Kabineti ərzaqlıq buğda ilə bağlı məlumat yaydı
17:02 25.07.2022 (Yenilənib: 17:23 25.07.2022) "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanın icrasına başlanıb
BAKI, 25 iyul — Sputnik. Azərbaycan Prezidentinin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanının icrasına başlanıb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən 2022-ci il 19 iyul tarixində "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərman imzalanıb.
Fərmanın icrası çərçivəsində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş sərəncama uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi iki ay müddətində Dövlət Ehtiyatları Agentliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taxıl haqqında qanunvericiliyin təkmilləşdirilməsi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla isə ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması və müasir suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizminin təkmilləşdirilməsi və dövlət zəmanətinin tətbiqi ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcək.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tədbirlərin icrası nəticələrinin təhlilinə dair hesabatın hər il yanvarın 20-dək Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
Dövlət Ehtiyatları Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, ərzaqlıq buğdanın dövlət tədarük qiyməti ilə bağlı təkliflərini cari il üzrə iyulun 28-dək, növbəti illər üçün isə hər il iyunun 10-dək Nazirlər Kabinetinə təqdim edəcək.
Fərmanda deyilir ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan yeni dəstək tədbirləri həyata keçirilir.
Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqların işğaldan azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması məqsədilə yeni hədəflərin müəyyən edilməsinə imkan verir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu fərmanda nəzərdə tutulan təsərrüfatların su təminatının təkmilləşdirilməsi məqsədilə tədbirlər görəcək.
Sənədə əsasən, Azərbaycanda hər il ərzaqlıq buğdanın tədarük qiyməti müəyyən ediləcək, ərzaqlıq buğdaya görə 5 il müddətinə subsidiya veriləcək.