https://sputnik.az/20220725/huawei-in-cihazlari-abs-ordusunun-ve-nuve-arsenalinin-mexfi-melumatlarini-cine-oturur-444322197.html
“Huawei”-in cihazları ABŞ ordusunun və nüvə arsenalının məxfi məlumatlarını Çinə ötürür?
“Huawei”-in cihazları ABŞ ordusunun və nüvə arsenalının məxfi məlumatlarını Çinə ötürür?
Sputnik Azərbaycan
ABŞ hökumətinin “Çin casuslarının yuvası” hesab etdiyi tanınmış regional konsulluq bağlanıb. 25.07.2022, Sputnik Azərbaycan
2022-07-25T08:27+0400
2022-07-25T08:27+0400
2022-07-25T09:50+0400
dünya xəbərləri
huawei
çin
abş
hi-tech
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437664899_0:0:3072:1728_1920x0_80_0_0_b14c3b7d90ed0b46e0640b6464363058.jpg
BAKI, 25 iyul - Sputnik. ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Çinin “Huawei” telekommunikasiya şirkətinin avadanlığının ABŞ ordusunun məxfi məlumatlarını, o cümlədən ölkənin nüvə arsenalına aid olan məlumatları ələ keçirmək və Pekinə ötürmək qabiliyyətinə malik olduğunu müəyyən edib.CNN-əin bu barədə məlumatında qeyd olunur ki, 2017-ci ildən federal məmurlar Çinin kritik infrastruktura yaxın ərazilər almasını araşdırır. ABŞ hökumətinin “Çin casuslarının yuvası” hesab etdiyi tanınmış regional konsulluq bağlanıb, mühüm hərbi və hökumət obyektlərinin yaxınlığında dinləmə qurğuları quraşdırmaq cəhdlərinin qarşısı alınıb.Çin hökuməti ABŞ-a qarşı hər hansı casusluq cəhdlərini rədd edib, lakin istintaqla tanış olan bir çox mənbə CNN-ə bildirib ki, “Huawei” avadanlığının təkcə kommersiya mobil trafikini deyil, həm də ordunun istifadə etdiyi çox məhdud radio dalğalarını ələ keçirməyə qadir olduğuna heç bir şübhə yoxdur və ABŞ Strateji Komandanlığının kritik kommunikasiyalarını pozaraq, Çin hökumətinə ABŞ nüvə arsenalına giriş imkanı verir.Qeyd edək ki, “Huawei” 2019-cu ildən bəri milli təhlükəsizlik təhdidinə görə ABŞ sanksiyaları altındadır.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437664899_198:0:2929:2048_1920x0_80_0_0_9318c3a3895c5ba1f751446c2639fd89.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
huawei, çin, abş, hi-tech
huawei, çin, abş, hi-tech
“Huawei”-in cihazları ABŞ ordusunun və nüvə arsenalının məxfi məlumatlarını Çinə ötürür?
08:27 25.07.2022 (Yenilənib: 09:50 25.07.2022) ABŞ hökumətinin “Çin casuslarının yuvası” hesab etdiyi tanınmış regional konsulluq bağlanıb.
BAKI, 25 iyul - Sputnik. ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Çinin “Huawei” telekommunikasiya şirkətinin avadanlığının ABŞ ordusunun məxfi məlumatlarını, o cümlədən ölkənin nüvə arsenalına aid olan məlumatları ələ keçirmək və Pekinə ötürmək qabiliyyətinə malik olduğunu müəyyən edib.
CNN-əin bu barədə məlumatında qeyd olunur ki, 2017-ci ildən federal məmurlar Çinin kritik infrastruktura yaxın ərazilər almasını araşdırır. ABŞ hökumətinin “Çin casuslarının yuvası” hesab etdiyi tanınmış regional konsulluq bağlanıb, mühüm hərbi və hökumət obyektlərinin yaxınlığında dinləmə qurğuları quraşdırmaq cəhdlərinin qarşısı alınıb.
Çin hökuməti ABŞ-a qarşı hər hansı casusluq cəhdlərini rədd edib, lakin istintaqla tanış olan bir çox mənbə CNN-ə bildirib ki, “Huawei” avadanlığının təkcə kommersiya mobil trafikini deyil, həm də ordunun istifadə etdiyi çox məhdud radio dalğalarını ələ keçirməyə qadir olduğuna heç bir şübhə yoxdur və ABŞ Strateji Komandanlığının kritik kommunikasiyalarını pozaraq, Çin hökumətinə ABŞ nüvə arsenalına giriş imkanı verir.
Qeyd edək ki, “Huawei” 2019-cu ildən bəri milli təhlükəsizlik təhdidinə görə ABŞ sanksiyaları altındadır.