https://sputnik.az/20220724/usaqlar-arasinda-ilk-defe-meymunciceyine-yoluxma-hali-askarlanib--444317614.html
Uşaqlar arasında ilk dəfə meymunçiçəyinə yoluxma halı aşkarlanıb
Uşaqlar arasında ilk dəfə meymunçiçəyinə yoluxma halı aşkarlanıb
Sputnik Azərbaycan
Ağ Evin pandemiya məsələləri üzrə koordinatoru Rac Pəncabi bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyinin yayılmasını ictimai sağlamlıq üçün... 24.07.2022, Sputnik Azərbaycan
2022-07-24T10:46+0400
2022-07-24T10:46+0400
2022-07-24T10:46+0400
səhiyyə
meymunçiçəyi
pandemiya
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442119021_0:145:3000:1833_1920x0_80_0_0_1f967a31f340de7e559f3cc04d65c136.jpg
BAKI, 24 iyul - Sputnik. ABŞ-da ilk dəfə uşaqlar arasında meymunçiçəyi aşkar edilib. Azyaşlılardan biri Kaliforniyada yaşayır. Digər körpə isə Vaşinqtonda məskunlaşmış əcnəbi ailənin övladıdır.Hər 2 uşaq xəstəxanaya yerləşdirilib və müalicələri davam edir. Onların vəziyyəti qənaətbəxşdir.Son statistikaya görə, İtaliyada 407 nəfər meymunçiçəyinə yoluxub. Bu barədə İtaliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.Nazirliyin məlumatında qeyd edilir ki, epidemioloji vəziyyət nəzarət altındadır, narahatlıq doğuracaq hal yoxdur.Bu arada Ağ Evin pandemiya məsələləri üzrə koordinatoru Rac Pəncabi bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyinin yayılmasını ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan etmək qərarı dünya ictimaiyyəti üçün hərəkətə çağırışdır.O qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası ölkədə xəstəliyə qarşı mübarizə strategiyasını təsdiqləyib. Bu, vaksinlərin alınması və istehsalının həcminin artırılmasını, həmçinin onların ölkə daxilində yayılmasını nəzərdə tutur."Meymun çiçəyinin yayılmasını dayandırmaq, xəstəliyə yoluxma riski yüksək olan icmaları qorumaq və hazırkı epidemiyaya nəzarət etmək üçün əlaqələndirilmiş beynəlxalq reaksiya lazımdır", - Ağ Ev rəsmisinin yaydığı bəyanatda deyilir.Daha əvvəl ÜST-ün rəhbəri Tedros Adanom Qebreyesus meymunçiçəyi xəstəliyinin yayılmasını qlobal sağlamlıq vəziyyəti elan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442119021_182:0:2818:1977_1920x0_80_0_0_8e94b0cdd8f51b8aa5fcd136e484c278.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
meymunçiçəyi, pandemiya
Uşaqlar arasında ilk dəfə meymunçiçəyinə yoluxma halı aşkarlanıb
Ağ Evin pandemiya məsələləri üzrə koordinatoru Rac Pəncabi bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyinin yayılmasını ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan etmək qərarı dünya ictimaiyyəti üçün hərəkətə çağırışdır.
BAKI, 24 iyul - Sputnik. ABŞ-da ilk dəfə uşaqlar arasında meymunçiçəyi aşkar edilib. Azyaşlılardan biri Kaliforniyada yaşayır. Digər körpə isə Vaşinqtonda məskunlaşmış əcnəbi ailənin övladıdır.
Hər 2 uşaq xəstəxanaya yerləşdirilib və müalicələri davam edir. Onların vəziyyəti qənaətbəxşdir.
Son statistikaya görə, İtaliyada 407 nəfər meymunçiçəyinə yoluxub. Bu barədə İtaliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd edilir ki, epidemioloji vəziyyət nəzarət altındadır, narahatlıq doğuracaq hal yoxdur.
Bu arada Ağ Evin pandemiya məsələləri üzrə koordinatoru Rac Pəncabi bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyinin yayılmasını ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan etmək qərarı dünya ictimaiyyəti üçün hərəkətə çağırışdır.
O qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası ölkədə xəstəliyə qarşı mübarizə strategiyasını təsdiqləyib. Bu, vaksinlərin alınması və istehsalının həcminin artırılmasını, həmçinin onların ölkə daxilində yayılmasını nəzərdə tutur.
"Meymun çiçəyinin yayılmasını dayandırmaq, xəstəliyə yoluxma riski yüksək olan icmaları qorumaq və hazırkı epidemiyaya nəzarət etmək üçün əlaqələndirilmiş beynəlxalq reaksiya lazımdır", - Ağ Ev rəsmisinin yaydığı bəyanatda deyilir.
Daha əvvəl ÜST-ün rəhbəri Tedros Adanom Qebreyesus meymunçiçəyi xəstəliyinin yayılmasını qlobal sağlamlıq vəziyyəti elan edib.