https://sputnik.az/20220724/ukrayna-limanlarinda-gozleyen-taxilin-dunya-olkelerine-tehlukesiz-dasinmasi-yoluna-qoyulur-444328197.html
Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınması problemi yoluna qoyulur
Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınması problemi yoluna qoyulur
Sputnik Azərbaycan
Taxılla yüklənmiş ilk gəminin ən qısa zamanda Ukrayna limanlarından üzməyə başlaması üçün koordinasiya davam edir. 24.07.2022, Sputnik Azərbaycan
2022-07-24T22:16+0400
2022-07-24T22:16+0400
2022-07-24T22:17+0400
dünya xəbərləri
taxıl
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443953547_0:107:2048:1259_1920x0_80_0_0_f4983fd788296cb88cfc02ed97988da0.jpg
BAKI, 24 iyul - Sputnik. Ukrayna limanlarında gözləyən taxılın dünya ölkələrinə təhlükəsiz daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzində işlər davam edir.Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi Twitter səhifəsində məlumat yayıb.Qeyd olunub ki, taxılla yüklənmiş ilk gəminin ən qısa zamanda Ukrayna limanlarından üzməyə başlaması üçün də koordinasiya davam edir.Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin dəstəyi ilə Odessa, Çernomorsk və Pivdennıy dəniz limanlarından taxılın, əlaqədar ərzaq məhsullarının və gübrələrin (ammonyak da daxil olmaqla) ixracı üçün təhlükəsiz daşımaların təşviqi barədə razılığa gəliblər. Sazişə əsasən, razılaşma sonradan uzadılma ehtimalı ilə 120 gün üçün nəzərdə tutulub.
https://sputnik.az/20220724/rusiya-ve-turkiyeden-basqa-qara-denizdeki-taxil-gemilerini-kim-qoruyacaq--444328076.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443953547_114:0:1934:1365_1920x0_80_0_0_e927b7c418a5bb2280131dfad97f3b31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taxıl, ukrayna
Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınması problemi yoluna qoyulur
22:16 24.07.2022 (Yenilənib: 22:17 24.07.2022) Taxılla yüklənmiş ilk gəminin ən qısa zamanda Ukrayna limanlarından üzməyə başlaması üçün koordinasiya davam edir.
BAKI, 24 iyul - Sputnik. Ukrayna limanlarında gözləyən taxılın dünya ölkələrinə təhlükəsiz daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzində işlər davam edir.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi Twitter səhifəsində məlumat yayıb.
Qeyd olunub ki, taxılla yüklənmiş ilk gəminin ən qısa zamanda Ukrayna limanlarından üzməyə başlaması üçün də koordinasiya davam edir.
Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin dəstəyi ilə Odessa, Çernomorsk və Pivdennıy dəniz limanlarından taxılın, əlaqədar ərzaq məhsullarının və gübrələrin (ammonyak da daxil olmaqla) ixracı üçün təhlükəsiz daşımaların təşviqi barədə razılığa gəliblər. Sazişə əsasən, razılaşma sonradan uzadılma ehtimalı ilə 120 gün üçün nəzərdə tutulub.