DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp Baydeni Ukraynaya həddən artıq yardıma və ABŞ-ı kasıb ölkəyə çevirməyə görə qınayıb

© AP Photo / Evan VucciBayden
Bayden  - Sputnik Azərbaycan, 1920, 24.07.2022
Abunə olmaq
ABŞ-ın keçmiş prezidenti bildirib ki, Vaşinqton Avropa ölkələri ilə müqayisədə Ukraynaya həddindən artıq çox pul ayırır.
BAKI, 24 iyul - Sputnik. Vaşinqton Avropa ölkələri ilə müqayisədə Ukraynaya həddindən artıq çox pul ayırır. Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.
"Ukraynaya baxsanız, biz onlara 60 milyard dollardan çox pul verdik. Aydındır ki, Avropa ölkələri bu məbləğin yalnız cüzi bir hissəsini verib", - eks-prezident deyib.
Siyasətçi qeyd edib ki, ABŞ-ın borcu 35 trilyon dollardır və bu, problemdir. Lakin indiki hakimiyyət ölkədən pul çıxarır.
Tramp hazırkı dövlət başçısı Co Baydenin ABŞ-ı kömək istəmək məcburiyyətində qalan “kasıb ölkəyə” çevirdiyi barədə də fikir bildirib .
Bir müddət əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirmişdi ki, Konqres Ukraynaya ayrılmış 40 milyard dollarlıq vəsait tükəndiyi zaman əlavə yardım ayırmaqdan imtina etməyəcək.
Xəbər lenti
0