Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

SUNGUR Silah Sisteminin ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə çatdırılıb

© AR Ministry of DefencePUA heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər
PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər - Sputnik Azərbaycan, 1920, 24.07.2022
Abunə olmaq
Hava hücumundan müdafiə raket sistemi SUNGUR-un platformalardan sonra tək bir əsgərin çiynindən atıla bilinən versiyası əsgərlərin xidmətinə verilib.
BAKI, 24 iyul - Sputnik. Türkiyə Müdafiə Sənayesinin sədri İsmail Dəmir pilotsuz uçuş aparatları (PUA), reaktiv və helikopterlərə qarşı təsirli olan SUNGUR Silah Sisteminin ilk partiyasını Türkiyə Silahlı Qüvvələrinə (TSK) çatdırdıqlarını bildirib.
Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmayıl Dəmir bu barədə Twitter hesabında paylaşım edib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə raket sistemi SUNGUR-un platformalardan sonra tək bir əsgərin çiynindən atıla bilinən versiyası əsgərlərin xidmətinə verilib (Report).
Dəmir yazıb:
"İHA, reaktiv və helikopterlərə qarşı təsirli olan SUNGUR Silah Sisteminin ilk partiyasını Türkiyə Silahlı Qüvvələrinə təhvil verdik. Uğurlar. SUNGUR Silah Sistemi həmkarlarına nisbətən düşmən elementlərini gözün görə biləcəyindən daha uzun məsafədən silahlara bağlanma fürsəti təqdim edir. O, əks tədbirlərə davamlı olan Görüntüləmə İnfraqırmızı Axtarıcı Başlığı ilə seçilir. Bu sistemin dizaynında, inkişafında və istehsalında əməyi olan hər kəsi təbrik edirəm".
Самолет авикомпании Buta Airways, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.07.2022
HADİSƏ
“Buta Airways”in Bakı-Həştərxan reysini yerinə yetirən təyyarəsi geri qayıtmalı olub
Xəbər lenti
0