https://sputnik.az/20220724/randa-sepah-in-raket-muhendisi-oldurulub-444328446.html
İranda SEPAH-ın raket mühəndisi öldürülüb
İranda SEPAH-ın raket mühəndisi öldürülüb
Sputnik Azərbaycan
İsrail nəşrinin yazdığına görə, İran hakimiyyəti Mutlakın ölümünü dərhal bəyan etməyib, bu, yalnız dəfn mərasimi ilə bağlı açıqlamadan sonra məlum olub. 24.07.2022, Sputnik Azərbaycan
2022-07-24T22:39+0400
2022-07-24T22:39+0400
2022-07-25T09:51+0400
dünya xəbərləri
iran
sepah
https://cdnn1.img.sputnik.az/img/42371/93/423719368_0:199:2929:1846_1920x0_80_0_0_d2b24333aabea3fa9fa1cee76ec29c53.jpg
BAKI, 24 iyul - Sputnik. İranın cənubunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket mühəndisi Səid Tamardar Mutlak öldürülüb.Bu barədə “The Jerusalem Post” məlumat yayıb.Nəşr qeyd edir ki, İran hakimiyyəti Mutlakın ölümünü açıqlamayıb, bu, yalnız dəfn mərasimi ilə bağlı açıqlamadan sonra məlum olub.Bununla belə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib ki, “elmi şücaətimizin qəhrəmanlarının qorxaqcasına öldürülməsi pərdəarxası terrorçuların öz məqsədlərinə çatmasına kömək etməyib”.Xatırladaq ki, iyulun 19-da İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus avtomobil partladılıb. Nəticədə bir neçə nəfər ölüb və yaralanıb.Hadisə Güney Azərbaycanın Urmiya bölgəsinin dağlıq sərhədyanı bölgəsində baş verib.Məlumata görə, SEPAH-ın avtomobilinin keçdiyi yola partlayıcı quraşdırılıb və nəqliyyat vasitəsi keçən zaman partladılıb. İlk partlayışdan sonra daha biri də törədilib.Hadisədən sonra bölgədə qvardiyanın PUA-ları patrul xidməti keçməyə başlayıb.İranın rəsmi mənbələri hadisə ilə bağlı açıqlama verməyib.Qeyd edək ki, PKK terror qruplaşmasının İran üzrə qolu olan "Pejak" ölkənin Qərbi Azərbaycan bölgəsində tez-tez terror aktları törədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42371/93/423719368_0:0:2731:2048_1920x0_80_0_0_bbc85cdfe5d761a23d9f7b2bf6dea27a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, sepah
İranda SEPAH-ın raket mühəndisi öldürülüb
22:39 24.07.2022 (Yenilənib: 09:51 25.07.2022) İsrail nəşrinin yazdığına görə, İran hakimiyyəti Mutlakın ölümünü dərhal bəyan etməyib, bu, yalnız dəfn mərasimi ilə bağlı açıqlamadan sonra məlum olub.
BAKI, 24 iyul - Sputnik. İranın cənubunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket mühəndisi Səid Tamardar Mutlak öldürülüb.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Nəşr qeyd edir ki, İran hakimiyyəti Mutlakın ölümünü açıqlamayıb, bu, yalnız dəfn mərasimi ilə bağlı açıqlamadan sonra məlum olub.
Bununla belə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib ki, “elmi şücaətimizin qəhrəmanlarının qorxaqcasına öldürülməsi pərdəarxası terrorçuların öz məqsədlərinə çatmasına kömək etməyib”.
Xatırladaq ki, iyulun 19-da İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus avtomobil partladılıb. Nəticədə bir neçə nəfər ölüb və yaralanıb.
Hadisə Güney Azərbaycanın Urmiya bölgəsinin dağlıq sərhədyanı bölgəsində baş verib.
Məlumata görə, SEPAH-ın avtomobilinin keçdiyi yola partlayıcı quraşdırılıb və nəqliyyat vasitəsi keçən zaman partladılıb. İlk partlayışdan sonra daha biri də törədilib.
Hadisədən sonra bölgədə qvardiyanın PUA-ları patrul xidməti keçməyə başlayıb.
İranın rəsmi mənbələri hadisə ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, PKK terror qruplaşmasının İran üzrə qolu olan "Pejak" ölkənin Qərbi Azərbaycan bölgəsində tez-tez terror aktları törədir.