https://sputnik.az/20220724/makron-ran-prezidentine-zeng-edib-444318321.html
Makron İran prezidentinə zəng edib
Makron İran prezidentinə zəng edib
Sputnik Azərbaycan
Fransa prezidenti israrla Rəisini saziş bağlamaq, nüvə öhdəliklərini yerinə yetirməyə qayıtmaq lehinə aydın seçim etməyə çağırıb. 24.07.2022, Sputnik Azərbaycan
2022-07-24T11:10+0400
2022-07-24T11:10+0400
2022-07-24T11:10+0400
dünya xəbərləri
emmanuel makron
fransa prezidenti emmanuel makron
ibrahim rəisi
iran
nüvə sazişi
https://cdnn1.img.sputnik.az/img/07e6/07/01/443593673_0:0:3284:1847_1920x0_80_0_0_9ac43b0bee70ef4ecda51d2302202ebf.jpg
BAKI, 24 iyul - Sputnik. İranla “nüvə sazişi”nə qayıtmaq hələ də mümkündür – bir şərtlə ki, danışıqlar mümkün qədər tez bərpa olunsun.Bunu Fransa Prezidenti Emmanuel Makron İranın dövlət başçısı İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib."2015-ci il nüvə sazişinə gəlincə, Fransa Prezidenti əmin olduğunu bildirib ki, onun tam icrasına qayıtmağa yönəlmiş qərar hələ də mümkündür, lakin bu, mümkün qədər tez edilməlidir. O, Vyanada danışıqların dayandırılmasından bir neçə ay sonra irəliləyişin olmamasından məyusluğunu ifadə edib və israrla Prezident Rəisini saziş bağlamaq, nüvə öhdəliklərini yerinə yetirməyə qayıtmaq lehinə aydın seçim etməyə çağırıb”, - Yelisey Sarayının mətbuat xidmətindən bildirilib.Bundan əlavə, Makron Rəisidən İranda “özbaşına” saxlanılan dörd Fransa vətəndaşının dərhal azadlığa buraxılmasını tələb edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/01/443593673_553:0:3284:2048_1920x0_80_0_0_bdee7127e13499b5823132b7980e524f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emmanuel makron, fransa prezidenti emmanuel makron, ibrahim rəisi, iran, nüvə sazişi
emmanuel makron, fransa prezidenti emmanuel makron, ibrahim rəisi, iran, nüvə sazişi
Makron İran prezidentinə zəng edib
Fransa prezidenti israrla Rəisini saziş bağlamaq, nüvə öhdəliklərini yerinə yetirməyə qayıtmaq lehinə aydın seçim etməyə çağırıb.
BAKI, 24 iyul - Sputnik. İranla “nüvə sazişi”nə qayıtmaq hələ də mümkündür – bir şərtlə ki, danışıqlar mümkün qədər tez bərpa olunsun.
Bunu Fransa Prezidenti Emmanuel Makron İranın dövlət başçısı İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib.
"2015-ci il nüvə sazişinə gəlincə, Fransa Prezidenti əmin olduğunu bildirib ki, onun tam icrasına qayıtmağa yönəlmiş qərar hələ də mümkündür, lakin bu, mümkün qədər tez edilməlidir. O, Vyanada danışıqların dayandırılmasından bir neçə ay sonra irəliləyişin olmamasından məyusluğunu ifadə edib və israrla Prezident Rəisini saziş bağlamaq, nüvə öhdəliklərini yerinə yetirməyə qayıtmaq lehinə aydın seçim etməyə çağırıb”, - Yelisey Sarayının mətbuat xidmətindən bildirilib.
Bundan əlavə, Makron Rəisidən İranda “özbaşına” saxlanılan dörd Fransa vətəndaşının dərhal azadlığa buraxılmasını tələb edib.