DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Təfərrüatlarda olan Allah" və ya gürcü rəssam milli mətbəxini necə tərənnüm edir - FOTO

© Photo : Facebook / ნიკა გაგლოშვილიNika Qaqloşvilinin əl işi
Nika Qaqloşvilinin əl işi - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Abunə olmaq
Sənətkarın “Gürcüstan mətbəxi” adlı orijinal suvenir kolleksiyası sosial şəbəkələrdə minlərlə “like” toplayıb.
BAKI, 23 iyul - Sputnik. Gürcü mətbəxini sevirsinizmi? Konkret olaraq nə xoşunuza gəlir? Qayıq formasında "acar xaçapurisi", "qazanda lobya", "xinkali", yoxsa "mçadi" qarğıdalı kökələri?
© Photo : Facebook / ნიკა გაგლოშვილიNika Qaqloşvilinin əl işi
Nika Qaqloşvilinin əl işi - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Nika Qaqloşvilinin əl işi
Bəlkə, pendir, yaxud qoz-fındıqlı badımcan? Gənc rəssam Nika Qaqloşvili gürcü mətbəxinin bütün bu hitlərini polimer gildən hazırlayaraq onları açarlıq şəklinə salıb.
© Photo : Facebook / ნიკა გაგლოშვილიNika Qaqloşvilinin əl işi
Nika Qaqloşvilinin əl işi - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Nika Qaqloşvilinin əl işi
Onun “Gürcüstan mətbəxi” adlı orijinal suvenir kolleksiyası artıq sosial şəbəkələrdə diqqət çəkib. Qaqloşvilinin “Spend 4 Seasons in Georgia” qrupunda işinin fotolarından ibarət paylaşım bir neçə saat ərzində beş mindən çox “like” toplayıb.
© Photo : Facebook / ნიკა გაგლოშვილიNika Qaqloşvilinin əl işi
Nika Qaqloşvilinin əl işi - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Nika Qaqloşvilinin əl işi
Gürcüstana tanış olan xaçapuri və lobiani, həm ötən ilin, həm də bu ilin məhsulundan hazırlanmış çurçxela, içliklərini görə biləcəyiniz fındıq və ya qoz şəklində məharətlə hazırlanmış və boyanmış fiqurlar çoxlarının xoşuna gəlib.
© Photo : Facebook / ნიკა გაგლოშვილიNika Qaqloşvilinin əl işi
Nika Qaqloşvilinin əl işi - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Nika Qaqloşvilinin əl işi
Onların arasında hətta ən "demokratik" qəlyanaltı sayılan "Quda pendiri" ilə ton çörəyi də var.
© Photo : Facebook / ნიკა გაგლოშვილიNika Qaqloşvilinin əl işi
Nika Qaqloşvilinin əl işi - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Nika Qaqloşvilinin əl işi
Nika Qaqloşvili açarlıqları polimer gildən hazırladığını deyir. Bütün ideyaları özü irəli sürür, öz texnikasını da işləyib:

“Mənim üçün əsas odur ki, orijinal və xüsusi bir şey, müştərilər üçün xoş suvenir hazırlayım. İşlədiyim müddətdə yaxşı əhval-ruhiyyədə olmağa çalışıram. İşdə detallar çox vacibdir. Məşhur alman memarı Mis van der Roe deyib ki, "Allah təfərrüatlardadır".

© Photo : Facebook / ნიკა გაგლოშვილიNika Qaqloşvilinin əl işi
Nika Qaqloşvilinin əl işi - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Nika Qaqloşvilinin əl işi
Rəssamın sözlərinə görə, təfərrüatlara böyük diqqət yetirdikdə, bütün işlər əla alınır:
"Təfərrüatlar ustanın dünyagörüşü və istedadını, hətta daxili dünyasını göstərə bilər", - deyə Nika Qaqloşvili vurğulayır.
(Novosti-Qruziya saytının materialları əsasında)
Xəbər lenti
0