Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Siyəzəndə yük maşınları toqquşub, iki nəfər ölüb

© Photo : APAQəza yerində, arxiv şəkli
Qəza yerində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Abunə olmaq
FHN-in müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü və sərnişinin meyitini deformasiyaya uğrayan avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
BAKI, 23 iyul-Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu, Yenikənd kəndi ərazisində “Ford” və "Volvo" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1993-cü il təvəllüdlü Əliyev Etibar İntiqam oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Xəbər lenti
0