DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda baş vermiş daşqın nəticəsində ölənlərin sayı 11-ə çatıb

© Sputnik / Rahim MuradovDaşqın, arxiv şəkli
Daşqın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Abunə olmaq
Yerli IRNA informasiya agentliyinin məlumatına görə, hadisə nəticəsində ondan çox insan itkin düşüb.
BAKI, 23 iyul - Sputnik. İranın Fars əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. İRNA agentliyinin məlumatına görə, ümumilikdə hadisədən zərərçəkmişlərin sayı 55 nəfərdir.
Da.qın nəticəsində 13 nəfərin itkin düşdüyünü bildirilib. İlkin olaraq 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Yerli hakimiyyət orqanları ölən və yaralananların sayının arta biləcəyini istisna etmir.
Xatırladaq ki, cümə günü axşam saatlarında Fars əyalətində yağan güclü yağışlar nəticəsində daşqınlar baş verib. Hadisədən ən çox zərər çəkən ərazi Estehbanat şəhərinin kənarlarıdır.
Xəbər lenti
0