https://sputnik.az/20220723/olkemizin-cenub-qerbinde-yeralti-tekanlar-qeyde-alinib--444301373.html
Ölkəmizin cənub-qərbində yeraltı təkanlar qeydə alınıb
Ölkəmizin cənub-qərbində yeraltı təkanlar qeydə alınıb
Sputnik Azərbaycan
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru bildirib ki, ölkəmizdə seysmoloji tədqiqatların aparılması üçün 22 ədəd stansiya quraşdırılıb. 23.07.2022, Sputnik Azərbaycan
2022-07-23T13:22+0400
2022-07-23T13:22+0400
2022-07-23T13:22+0400
cəmiyyət
zəlzələ
zaqatala
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426236643_0:84:1601:984_1920x0_80_0_0_14cc1718c87afc682ab46589fa5b4507.jpg
BAKI, 23 iyul - Sputnik. Zaqatalada zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 12:09-da Zaqatala stansiyasından 19 km şimal-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.Zəlzələnin maqnitudası 3,1, dərinliyi 6 km olub. Zəlzələ hiss edilməyib.Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bir müddət əvvəl Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2012-ci il mayın 7-də Zaqatalada ikinci təkanın gücü 5,7 bal olub. "Bizdə həmin zəlzələ dağıntılarla müşahidə olunmuşdu. Çünki zəlzələ yaşayış ərazilərində qeydə alınmışdı. Ondan sonra ölkəmizdə hələ ki, güclü zəlzələ baş verməyib".Mərkəz direktoru bildirib ki, ölkəmizdə seysmoloji tədqiqatların aparılması üçün 22 ədəd stansiya quraşdırılıb:"Bu iş davam edir. Amma bu stansiyalar təkcə zəlzələlərin baş verəcəyini öyrənmək üçün deyil. Yerin təki ilə bağlı bir sıra məlumatların elmi araşdırmalar üçün öyrənilməsi məqsədilə də quraşdırılır".Baş seysmoloq onu da qeyd edib ki, Azərbaycanda seysmik fonun yüksək olduğu ərazilər var. O bildirib ki, Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, eləcə də Qusar-Quba, Talış zonalarında aktivlik ötən il də yüksək olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426236643_88:0:1511:1067_1920x0_80_0_0_51c36d3f96dff5e8cdb1acfd576b1544.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, zaqatala
Ölkəmizin cənub-qərbində yeraltı təkanlar qeydə alınıb
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru bildirib ki, ölkəmizdə seysmoloji tədqiqatların aparılması üçün 22 ədəd stansiya quraşdırılıb.
BAKI, 23 iyul - Sputnik. Zaqatalada zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 12:09-da Zaqatala stansiyasından 19 km şimal-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,1, dərinliyi 6 km olub. Zəlzələ hiss edilməyib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bir müddət əvvəl Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2012-ci il mayın 7-də Zaqatalada ikinci təkanın gücü 5,7 bal olub.
"Bizdə həmin zəlzələ dağıntılarla müşahidə olunmuşdu. Çünki zəlzələ yaşayış ərazilərində qeydə alınmışdı. Ondan sonra ölkəmizdə hələ ki, güclü zəlzələ baş verməyib".
Mərkəz direktoru bildirib ki, ölkəmizdə seysmoloji tədqiqatların aparılması üçün 22 ədəd stansiya quraşdırılıb:
"Bu iş davam edir. Amma bu stansiyalar təkcə zəlzələlərin baş verəcəyini öyrənmək üçün deyil. Yerin təki ilə bağlı bir sıra məlumatların elmi araşdırmalar üçün öyrənilməsi məqsədilə də quraşdırılır".
Baş seysmoloq onu da qeyd edib ki, Azərbaycanda seysmik fonun yüksək olduğu ərazilər var. O bildirib ki, Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, eləcə də Qusar-Quba, Talış zonalarında aktivlik ötən il də yüksək olub.