https://sputnik.az/20220723/ermenistan-her-zaman-oldugu-kimi-yene-de-yedekdedir---seyxulislam-444314907.html
Ermənistan hər zaman olduğu kimi, yenə də yedəkdədir - Şeyxülislam
Ermənistan hər zaman olduğu kimi, yenə də yedəkdədir - Şeyxülislam
Sputnik Azərbaycan
Allahşükür Paşazadə bildirib ki, xristian din xadimlərinin, o cümlədən də Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin Azərbaycana, Qarabağa səfərinin... 23.07.2022, Sputnik Azərbaycan
2022-07-23T20:51+0400
2022-07-23T20:51+0400
2022-07-23T20:51+0400
cəmiyyət
şeyxülislam hacı allahşükür paşazadə
gürcüstan
səfər
ermənistan
https://cdnn1.img.sputnik.az/img/40612/00/406120057_0:0:2001:1125_1920x0_80_0_0_3f33a5f54e4a4d17d29ff1ab38467cea.jpg
BAKI, 23 iyul - Sputnik. Ermənilər Azərbaycanda erməni kilsələrinin dağıdıldığını, kilsələrin məscidlərə, alban-udin kilsələrinə çevrilməsi barədə yalan məlumatlar yayırlar. Azərtac xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Gürcüstana rəsmi səfərinin yekunlarına dair keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, erməni yalanlarının ifşa olunması üçün mühüm işlər görülür. Eyni zamanda, xristian din xadimlərinin, o cümlədən də Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin Azərbaycana, Qarabağa səfərinin təşkil edilməsi nəzərdə tutulur:"Azərbaycana ən yaxın olan gürcü kilsəsidir. Gürcüstanın xristian din xadimlərinin Qarabağa səfər edib ermənilərin dağıtdığı məscid, kilsələri öz gözləri ilə görməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir”.QMİ sədri bildirib ki, bu gün Qafqaz öz məsələlərini həll etmək istəyir. Gürcüstan və Azərbaycan Ermənistandan fərqli olaraq suveren dövlət olduqlarını, müstəqil qərar qəbul etdiklərini sübut ediblər. Amma təəssüf ki, Ermənistana müstəqil dövlət demək olmur.“Ermənistanın müstəqilliyi yoxdur. Azərbaycan və Gürcüstan isə öz müqəddəratını özü həll etmək istəyir. Bu gün bu iki Qafqaz dövlətinin rəhbərləri özləri öz qərarlarını verirlər. Amma Ermənistan hər zaman olduğu kimi, yenə də yedəkdədir və başqalarından asılıdır”, – deyə A.Paşazadə vurğulayıb.
https://sputnik.az/20220721/en-agir-dovrlerde-bele-patriarx-ii-lya-azerbaycanin-yaninda-olub---seyxulislam-444237341.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40612/00/406120057_76:0:1783:1280_1920x0_80_0_0_9011fb91acb01c1cf861f4b4eac29832.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şeyxülislam hacı allahşükür paşazadə, gürcüstan, səfər, ermənistan
şeyxülislam hacı allahşükür paşazadə, gürcüstan, səfər, ermənistan
Ermənistan hər zaman olduğu kimi, yenə də yedəkdədir - Şeyxülislam
Allahşükür Paşazadə bildirib ki, xristian din xadimlərinin, o cümlədən də Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin Azərbaycana, Qarabağa səfərinin təşkil edilməsi nəzərdə tutulur.
BAKI, 23 iyul - Sputnik. Ermənilər Azərbaycanda erməni kilsələrinin dağıdıldığını, kilsələrin məscidlərə, alban-udin kilsələrinə çevrilməsi barədə yalan məlumatlar yayırlar. Azərtac xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Gürcüstana rəsmi səfərinin yekunlarına dair keçirdiyi brifinqdə deyib.
"Erməni kilsəsi Azərbaycana qarşı yalan üstündə qurulmuş çox böyük təbliğat aparır", - deyə Şeyxülislam bildirib.
Onun sözlərinə görə, erməni yalanlarının ifşa olunması üçün mühüm işlər görülür. Eyni zamanda, xristian din xadimlərinin, o cümlədən də Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin Azərbaycana, Qarabağa səfərinin təşkil edilməsi nəzərdə tutulur:
"Azərbaycana ən yaxın olan gürcü kilsəsidir. Gürcüstanın xristian din xadimlərinin Qarabağa səfər edib ermənilərin dağıtdığı məscid, kilsələri öz gözləri ilə görməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir”.
QMİ sədri bildirib ki, bu gün Qafqaz öz məsələlərini həll etmək istəyir. Gürcüstan və Azərbaycan Ermənistandan fərqli olaraq suveren dövlət olduqlarını, müstəqil qərar qəbul etdiklərini sübut ediblər. Amma təəssüf ki, Ermənistana müstəqil dövlət demək olmur.
“Ermənistanın müstəqilliyi yoxdur. Azərbaycan və Gürcüstan isə öz müqəddəratını özü həll etmək istəyir. Bu gün bu iki Qafqaz dövlətinin rəhbərləri özləri öz qərarlarını verirlər. Amma Ermənistan hər zaman olduğu kimi, yenə də yedəkdədir və başqalarından asılıdır”, – deyə A.Paşazadə vurğulayıb.