https://sputnik.az/20220723/azerbaycanin-xarici-ticareti-artib---statstka-444297115.html
Azərbaycanın xarici ticarəti artıb - STATİSTİKA
Azərbaycanın xarici ticarəti artıb - STATİSTİKA
Sputnik Azərbaycan
Ölkəmizə ən çox Rusiyadan məhsullar idxal edilib. İxrac real ifadədə 17,6 faiz artıb, idxal isə 3,4 faiz azalıb. 23.07.2022, Sputnik Azərbaycan
2022-07-23T10:59+0400
2022-07-23T10:59+0400
2022-07-23T10:59+0400
ixrac
azərbaycan
buğda
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441345665_0:146:3123:1902_1920x0_80_0_0_6ffdca0cc6485d91ae17690ea14b1bf3.jpg
BAKI, 23 iyul-Sputnik. Cari ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 158 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 109 ölkəyə məhsul ixrac olunub, 146 ölkədən idxal olunub.Gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 21 milyard 348,2 milyon ABŞ dolları təşkil edib.Ticarət dövriyyəsinin 16 milyard 212,6 milyon dollarını və ya 75,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 5 milyard 135,6 milyon dollarını (24,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 11 milyard 77,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.2021-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 75,5 faiz, real ifadədə isə 10,0 faiz artıb.İxrac real ifadədə 17,6 faiz artıb, idxal isə 3,4 faiz azalıb.2022-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 17,5 faiz artaraq 1188,1 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37,4 faizi İtaliya, 11,9 faizi Türkiyə, 6,0 faizi Rusiya, hər biri 4,2 faiz olmaqla Hindistan və İsrail, 3,8 faizi Çin, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,4 faiz olmaqla Almaniya və Yunanıstan, hər biri 2,1 faiz olmaqla Portuqaliya və Ukrayna, 1,9 faizi Gürcüstan, 1,5 faizi İspaniya, hər biri 1,3 faiz olmaqla Tunis və Tailand, 1,2 faizi Qazaxıstan, 1,0 faizi İran, 12,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.Ən çox İtaliyaya ixrac edilibİxracın 49,1 faizini İtaliyaya, 10,4 faizini Türkiyəyə, 5,6 faizini İsrailə, 5,2 faizini Hindistana, hər biri 3,1 faiz olmaqla Yunanıstan və Birləşmiş Krallığa, 2,8 faizini Portuqaliyaya, 2,3 faizini Gürcüstana, 2,1 faizini Ukraynaya, hər biri 1,8 faiz olmaqla Tunis, Almaniya, Rusiya və İspaniyaya, 1,5 faizini Tailanda, 1,1 faizini Çexiyaya, 0,9 faizini İsveçrəyə, hər biri 0,8 faiz olmaqla Rumıniya və Vyetnama, 4,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,8 faiz), Rusiyaya (22,2 faiz), Gürcüstana (6,3 faiz), İsveçrəyə (5,6 faiz), ABŞ-a (3,7 faiz), İtaliyaya (2,9 faiz), Niderlanda (2,2 faiz), Hindistana (1,7 faiz), Braziliyaya (1,6 faiz), Qazaxıstana (1,5 faiz), Özbəkistana (1,5 faiz), Rumıniyaya (1,2 faiz), Belarusa (1,2 faiz), Ukraynaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.Ən çox Rusiyadan idxal edilibÖlkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,9 faizi Rusiya, 16,6 faizi Türkiyə, 14,9 faizi Çin, 4,5 faizi Qazaxıstan, 4,4 faizi Almaniya, 3,5 faizi İran, 2,7 faizi ABŞ, 2,3 faizi İtaliya, 2,2 faizi Ukrayna, 1,9 faizi Türkmənistan, 1,8 faizi Koreya, hər biri 1,7 faiz olmaqla Birləşmiş Krallıq, Yaponiya və Fransa, 1,4 faizi Hindistan, 1,0 faizi İndoneziya, hər biri 0,9 faiz olmaqla Belarus və Özbəkistan, 17,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.Tütün ixracı kəskin artıb2022-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən tütün ixracı 2,9 dəfə, çay – 84,0 faiz, mineral gübrələr – 7,1 dəfə, emal 3 olunmamış alüminium – 83,6 faiz, qara metallardan çubuqlar – 72,2 faiz, qara metallardan borular – 12,7 faiz, sement klinkerləri – 10,6 faiz, bentonit gili – 13,3 faiz artıb.Təzə meyvə ixracı isə 6,1 faiz, təzə tərəvəz – 0,2 faiz, kartof – 33,4 faiz, şəkər – 54,4 faiz, bitki yağları – 32,6 faiz, meyvə və tərəvəz şirələri – 16,7 faiz, meyvə və tərəvəz konservləri – 19,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 29,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 58,4 faiz, pambıq lifi – 27,4 faiz, polietilen – 17,9 faiz, polipropilen – 23,8 faiz, pambıq ipliyi – 18,6 faiz, qara metallardan yarımfabrikatlar – 19,8 faiz azalıb.Bitki yağları idxalı artıb2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 2022-ci ilin yanvar-may aylarında bitki yağları idxalı 12,1 faiz, təzə meyvə – 8,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 32,7 faiz, unlu qənnadı məmulatları – 14,6 faiz, kartof – 6,2 faiz, çay - 5,6 faiz, quş əti və onun əlavə məhsulları – 27,2 faiz, dərman vasitələri – 29,4 faiz, polad prokatı – 10,3 faiz, avtobuslar – 5,7 dəfə, qara metallardan çubuqlar – 23,7 faiz, sintetik yuyucu vasitələr – 5,0 faiz, məişət kondisionerləri – 17,9 faiz, mebellər – 2,7 faiz, polietilen – 81,8 faiz, sement – 49,9 faiz artıb.Buğda idxalı azalıbBuğda idxalı isə 9,7 faiz, xam şəkər – 14,1 faiz, şokolad və şokolad məhsulları – 5,4 faiz, təzə tərəvəz – 30,4 faiz, mal əti – 63,0 faiz, siqaretlər – 86,8 faiz, minik avtomobilləri – 8,4 faiz, qara metallardan borular – 11,5 faiz, hesablama maşınları, blok və qurğuları – 14,3 faiz, yük avtomobilləri – 19,0 faiz, rezin şinlər – 4,1 faiz, mineral gübrələr – 66,5 faiz, paltaryuyan maşınlar – 25,8 faiz, polipropilen – 0,1 faiz, qara metallardan künclüklər – 17,0 faiz, məişət soyuducuları – 44,9 faiz azalıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441345665_195:0:2926:2048_1920x0_80_0_0_4dacd87af71334b13f189509d881aee1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ixrac, azərbaycan, buğda
BAKI, 23 iyul-Sputnik. Cari ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 158 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 109 ölkəyə məhsul ixrac olunub, 146 ölkədən idxal olunub.
Gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 21 milyard 348,2 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 16 milyard 212,6 milyon dollarını və ya 75,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 5 milyard 135,6 milyon dollarını (24,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 11 milyard 77,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 75,5 faiz, real ifadədə isə 10,0 faiz artıb.
İxrac real ifadədə 17,6 faiz artıb, idxal isə 3,4 faiz azalıb.
2022-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 17,5 faiz artaraq 1188,1 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37,4 faizi İtaliya, 11,9 faizi Türkiyə, 6,0 faizi Rusiya, hər biri 4,2 faiz olmaqla Hindistan və İsrail, 3,8 faizi Çin, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,4 faiz olmaqla Almaniya və Yunanıstan, hər biri 2,1 faiz olmaqla Portuqaliya və Ukrayna, 1,9 faizi Gürcüstan, 1,5 faizi İspaniya, hər biri 1,3 faiz olmaqla Tunis və Tailand, 1,2 faizi Qazaxıstan, 1,0 faizi İran, 12,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Ən çox İtaliyaya ixrac edilib
İxracın 49,1 faizini İtaliyaya, 10,4 faizini Türkiyəyə, 5,6 faizini İsrailə, 5,2 faizini Hindistana, hər biri 3,1 faiz olmaqla Yunanıstan və Birləşmiş Krallığa, 2,8 faizini Portuqaliyaya, 2,3 faizini Gürcüstana, 2,1 faizini Ukraynaya, hər biri 1,8 faiz olmaqla Tunis, Almaniya, Rusiya və İspaniyaya, 1,5 faizini Tailanda, 1,1 faizini Çexiyaya, 0,9 faizini İsveçrəyə, hər biri 0,8 faiz olmaqla Rumıniya və Vyetnama, 4,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,8 faiz), Rusiyaya (22,2 faiz), Gürcüstana (6,3 faiz), İsveçrəyə (5,6 faiz), ABŞ-a (3,7 faiz), İtaliyaya (2,9 faiz), Niderlanda (2,2 faiz), Hindistana (1,7 faiz), Braziliyaya (1,6 faiz), Qazaxıstana (1,5 faiz), Özbəkistana (1,5 faiz), Rumıniyaya (1,2 faiz), Belarusa (1,2 faiz), Ukraynaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ən çox Rusiyadan idxal edilib
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,9 faizi Rusiya, 16,6 faizi Türkiyə, 14,9 faizi Çin, 4,5 faizi Qazaxıstan, 4,4 faizi Almaniya, 3,5 faizi İran, 2,7 faizi ABŞ, 2,3 faizi İtaliya, 2,2 faizi Ukrayna, 1,9 faizi Türkmənistan, 1,8 faizi Koreya, hər biri 1,7 faiz olmaqla Birləşmiş Krallıq, Yaponiya və Fransa, 1,4 faizi Hindistan, 1,0 faizi İndoneziya, hər biri 0,9 faiz olmaqla Belarus və Özbəkistan, 17,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Tütün ixracı kəskin artıb
2022-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən tütün ixracı 2,9 dəfə, çay – 84,0 faiz, mineral gübrələr – 7,1 dəfə, emal 3 olunmamış alüminium – 83,6 faiz, qara metallardan çubuqlar – 72,2 faiz, qara metallardan borular – 12,7 faiz, sement klinkerləri – 10,6 faiz, bentonit gili – 13,3 faiz artıb.
Təzə meyvə ixracı isə 6,1 faiz, təzə tərəvəz – 0,2 faiz, kartof – 33,4 faiz, şəkər – 54,4 faiz, bitki yağları – 32,6 faiz, meyvə və tərəvəz şirələri – 16,7 faiz, meyvə və tərəvəz konservləri – 19,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 29,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 58,4 faiz, pambıq lifi – 27,4 faiz, polietilen – 17,9 faiz, polipropilen – 23,8 faiz, pambıq ipliyi – 18,6 faiz, qara metallardan yarımfabrikatlar – 19,8 faiz azalıb.
Bitki yağları idxalı artıb
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 2022-ci ilin yanvar-may aylarında bitki yağları idxalı 12,1 faiz, təzə meyvə – 8,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 32,7 faiz, unlu qənnadı məmulatları – 14,6 faiz, kartof – 6,2 faiz, çay - 5,6 faiz, quş əti və onun əlavə məhsulları – 27,2 faiz, dərman vasitələri – 29,4 faiz, polad prokatı – 10,3 faiz, avtobuslar – 5,7 dəfə, qara metallardan çubuqlar – 23,7 faiz, sintetik yuyucu vasitələr – 5,0 faiz, məişət kondisionerləri – 17,9 faiz, mebellər – 2,7 faiz, polietilen – 81,8 faiz, sement – 49,9 faiz artıb.
Buğda idxalı isə 9,7 faiz, xam şəkər – 14,1 faiz, şokolad və şokolad məhsulları – 5,4 faiz, təzə tərəvəz – 30,4 faiz, mal əti – 63,0 faiz, siqaretlər – 86,8 faiz, minik avtomobilləri – 8,4 faiz, qara metallardan borular – 11,5 faiz, hesablama maşınları, blok və qurğuları – 14,3 faiz, yük avtomobilləri – 19,0 faiz, rezin şinlər – 4,1 faiz, mineral gübrələr – 66,5 faiz, paltaryuyan maşınlar – 25,8 faiz, polipropilen – 0,1 faiz, qara metallardan künclüklər – 17,0 faiz, məişət soyuducuları – 44,9 faiz azalıb.