https://sputnik.az/20220723/azerbaycan-ukrayna-turkiye-ve-rusiya-arasinda-taxil-sazisini-alqislayir---xn--444300479.html
Azərbaycan Ukrayna, Türkiyə və Rusiya arasında taxıl sazişini alqışlayır - XİN
Azərbaycan Ukrayna, Türkiyə və Rusiya arasında taxıl sazişini alqışlayır - XİN
Sputnik Azərbaycan
Xarici siyasət idarəsi taxıl ixracı sazişinin imzalanmasının və Türkiyə ilə BMT-nin uğurlu vasitəçilik səylərinin dövlətimiz tərəfindən dəstəkləndiyini bəyan... 23.07.2022, Sputnik Azərbaycan
2022-07-23T12:58+0400
2022-07-23T12:58+0400
2022-07-23T12:58+0400
siyasət
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_0:160:3072:1888_1920x0_80_0_0_03f0109e13887dd5937ba459dcf6a56f.jpg
BAKI, 23 iyul-Sputnik, Xalid Məmmədov. Azərbaycan BMT-nin dəstəyi ilə Ukrayna, Türkiyə və Rusiya arasında taxıl ixracına dair sazişləri alqışlayır.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.“Biz taxıl ixracı sazişinin imzalanmasını və Türkiyə ilə BMT-nin uğurlu vasitəçilik səylərini alqışlayırıq. Bu, qlobal ərzaq təhlükəsizliyinə mühüm töhfədir. Biz sazişin tezliklə həyata keçirilməsini səbirsizliklə gözləyirik”, - paylaşımda deyilir.Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin dəstəyi ilə Odessa, Çernomorsk və Pivdennıy dəniz limanlarından taxılın, əlaqədar ərzaq məhsullarının və gübrələrin (ammonyak da daxil olmaqla) ixracı üçün təhlükəsiz daşımaların təşviqi barədə razılığa gəliblər. Sazişə əsasən, razılaşma sonradan uzadılma ehtimalı ilə 120 gün üçün nəzərdə tutulub.“Önümüzdəki günlərdə başlayacaq daşınma ilə Qara dənizdən dünyanın bir çox ölkəsinə yeni nəfəs gələcək. Gəmilərin yola salınmasından tutmuş təhlükəsiz köçürülməsinə və təyinat limanına çatmasına qədər bütün proseslər üzrə razılıq əldə edilib. İstanbulda Rusiya və Ukrayna tərəfləri ilə atdığımız bu birgə addımın sülh ümidlərini canlandıracaq yeni dönüş nöqtəsi olmasını arzu edirəm”, - deyə Türkiyə Prezidenti imzalanma mərasimində qeyd edib.
https://sputnik.az/20220723/erzaq-muqavilesi-sayesinde-rusiyanin-ixracatinda-emeliyyat-xercleri-azalacaq---bmt-444296811.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_171:0:2902:2048_1920x0_80_0_0_ba039eeb77b5ecd013440ae4895f1bec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan xin
Azərbaycan Ukrayna, Türkiyə və Rusiya arasında taxıl sazişini alqışlayır - XİN
Xarici siyasət idarəsi taxıl ixracı sazişinin imzalanmasının və Türkiyə ilə BMT-nin uğurlu vasitəçilik səylərinin dövlətimiz tərəfindən dəstəkləndiyini bəyan edib.
BAKI, 23 iyul-Sputnik, Xalid Məmmədov. Azərbaycan BMT-nin dəstəyi ilə Ukrayna, Türkiyə və Rusiya arasında taxıl ixracına dair sazişləri alqışlayır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.
“Biz taxıl ixracı sazişinin imzalanmasını və Türkiyə ilə BMT-nin uğurlu vasitəçilik səylərini alqışlayırıq. Bu, qlobal ərzaq təhlükəsizliyinə mühüm töhfədir. Biz sazişin tezliklə həyata keçirilməsini səbirsizliklə gözləyirik”, - paylaşımda deyilir.
Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin dəstəyi ilə Odessa, Çernomorsk və Pivdennıy dəniz limanlarından taxılın, əlaqədar ərzaq məhsullarının və gübrələrin (ammonyak da daxil olmaqla) ixracı üçün təhlükəsiz daşımaların təşviqi barədə razılığa gəliblər. Sazişə əsasən, razılaşma sonradan uzadılma ehtimalı ilə 120 gün üçün nəzərdə tutulub.
“Önümüzdəki günlərdə başlayacaq daşınma ilə Qara dənizdən dünyanın bir çox ölkəsinə yeni nəfəs gələcək. Gəmilərin yola salınmasından tutmuş təhlükəsiz köçürülməsinə və təyinat limanına çatmasına qədər bütün proseslər üzrə razılıq əldə edilib. İstanbulda Rusiya və Ukrayna tərəfləri ilə atdığımız bu birgə addımın sülh ümidlərini canlandıracaq yeni dönüş nöqtəsi olmasını arzu edirəm”, - deyə Türkiyə Prezidenti imzalanma mərasimində qeyd edib.