https://sputnik.az/20220722/xeberi-derc-etmezden-evvel-onu-en-azi-iki-menbeden-deqiqlesdirmek-lazimdir---mutexessis-444237173.html
Xəbəri dərc etməzdən əvvəl onu ən azı iki mənbədən dəqiqləşdirmək lazımdır - Mütəxəssis
Xəbəri dərc etməzdən əvvəl onu ən azı iki mənbədən dəqiqləşdirmək lazımdır - Mütəxəssis
Sputnik Azərbaycan
Almaz Mahmudun fikrincə, jurnalistika sahəsində mütləq ixtisaslaşma olmalıdır. Xəbər elə yazmalıdır ki, hər kəs onu anlaya bilsin. 22.07.2022, Sputnik Azərbaycan
2022-07-22T11:01+0400
2022-07-22T11:01+0400
2022-07-22T11:01+0400
jurnalistika
milli mətbuat günü
dezinformasiya
video
https://cdnn1.img.sputnik.az/img/07e6/07/16/444258010_0:0:1920:1080_1920x0_80_0_0_37606eb33733d44f6468e48a5dcfa4b7.jpg
BAKI, 22 iyul — Sputnik. Bu gün Azərbaycanda milli mətbuatın yaranmasının 147-ci ili tamam olur. 1875-ci ilin bu günündə dövrün mütərəqqi fikirli ziyalısı Həsən bəy Zərdabi böyük çətinliklər hesabına "Əkinçi" qəzetini çap etdirdi. "Heç olmaz ki, doğru söz yerdə qalsın" deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün yaratdı bu qəzeti...AzTV-nin Televiziya və Radio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru Almaz Mahmudla Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan mətbuatının bugünki vəziyyəti, informasiya məkanında olan tendensiyaların idarə edilməsi və yüksək səviyyəli jurnalist kadrlarının hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.Almaz Mahmud təəssüf hissi ilə bildirib ki, hazırda mətbuat sahəsində problemlər çoxdur, peşəkarlıq çox aşağı səviyyədədir:"Dövlət jurnalistka üçün bütün şəraiti yaradıb. Media agentliyi yaranıb, Medianın təhlil mərkəzi yaradılıb, müxtəlif treninqlər keçirilir, onların əməyi qiymətləndirilir, "Əməkdar jurnalist" adını verirlər. Bəs jurnalistlər nə edir? Azərbaycan jurnalistikasında problem daha çoxdur, nəinki yeniliklər, uğurlar var".Həmsöhbətimiz bildirir ki, hazırda ən böyük problemlərdən biri də dezinformasiyanın yayılmasıdır:Almaz Mahmud bu yaxınlarda "Jurnalistlər üçün media savadlılığı" layihəsinin icrasına başlayıb. Onun fikrincə, digər insanlar kimi mediada çalışan insanlara da savadlı olması labüddür:Müsahibimiz onu da əlavə edib ki, hazırda sosial media ənənəvi mediaya çox təsir edir:"Sosial mediada istənilən şəxs istənilən məlumatı yaya bilir. Buna görə o, heç bir məsuliyyət daşımır. Onu buna görə heç kim cəzalandırmır. Amma ənənəvi mediaya bu təsir edir. Onun reputasiyası aşağı düşür. Ənənəvi media operativliyini saxlamalıdır, amma öz informasiyasını mütləq dəqiqləşdirməlidir".Peşəkar jurnalistin fikrincə, jurnalistika sahəsində mütləq ixtisaslaşma olmalıdır. İxtisaslaşma olmadığı halda jurnalist xəbərin mahiyətini anlamır:"Bu problemlə müharibə dönəmində daha çox qarşılaşdıq. Amma həmkarlarımız bu məsələdə də diqqətli olmadır. Jurnalist elmi terminlərlə yazı yazmamalıdır. Elə yazmalıdır ki, hər kəs onu anlaya bilsin".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/16/444258010_240:0:1680:1080_1920x0_80_0_0_c4d7985441e96d21f5c7bbce6a38dfdf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
jurnalistika, milli mətbuat günü, dezinformasiya, видео
jurnalistika, milli mətbuat günü, dezinformasiya, видео
Xəbəri dərc etməzdən əvvəl onu ən azı iki mənbədən dəqiqləşdirmək lazımdır - Mütəxəssis
Almaz Mahmudun fikrincə, jurnalistika sahəsində mütləq ixtisaslaşma olmalıdır. Xəbər elə yazmalıdır ki, hər kəs onu anlaya bilsin.
BAKI, 22 iyul — Sputnik. Bu gün Azərbaycanda milli mətbuatın yaranmasının 147-ci ili tamam olur. 1875-ci ilin bu günündə dövrün mütərəqqi fikirli ziyalısı Həsən bəy Zərdabi böyük çətinliklər hesabına "Əkinçi" qəzetini çap etdirdi. "Heç olmaz ki, doğru söz yerdə qalsın" deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün yaratdı bu qəzeti...
AzTV-nin Televiziya və Radio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru Almaz Mahmudla Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan mətbuatının bugünki vəziyyəti, informasiya məkanında olan tendensiyaların idarə edilməsi və yüksək səviyyəli jurnalist kadrlarının hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.
Almaz Mahmud təəssüf hissi ilə bildirib ki, hazırda mətbuat sahəsində problemlər çoxdur, peşəkarlıq çox aşağı səviyyədədir:
"Dövlət jurnalistka üçün bütün şəraiti yaradıb. Media agentliyi yaranıb, Medianın təhlil mərkəzi yaradılıb, müxtəlif treninqlər keçirilir, onların əməyi qiymətləndirilir, "Əməkdar jurnalist" adını verirlər. Bəs jurnalistlər nə edir? Azərbaycan jurnalistikasında problem daha çoxdur, nəinki yeniliklər, uğurlar var".
Həmsöhbətimiz bildirir ki, hazırda ən böyük problemlərdən biri də dezinformasiyanın yayılmasıdır:
"Bu yaxınlarda Brüsseldə Avropa İttifaqının dezinformasiyanın qarşısının alınması ilə bağlı bir layihəsində iştirak etdim. Belə bir qənaətə gəldik ki, dezinformasiyanı məhz jurnalistlər yayır. Jurnalistlər bilərəkdən, bəzən də bilməyərəkdən cəmiyyəti çaşbaş salır. Bu gün jurnalsitlər o qədər informasiyanın içindədir ki, bəzən xəbərin mənbəyini öyrənə bilmir. Amma bu o demək deyil ki, bu belə davam etməlidir. Bunun üçün peşəkarlar maarifləndirmə işi aparmalıdır".
Almaz Mahmud bu yaxınlarda "Jurnalistlər üçün media savadlılığı" layihəsinin icrasına başlayıb. Onun fikrincə, digər insanlar kimi mediada çalışan insanlara da savadlı olması labüddür:
"Nəticələr göstərir ki, bu gün jurnalistlər üçün təlimlər keçirilməlidir. Xəbəri dərc etməzdən öncə, onu ən azı iki mənbədən dəqiqləşdirmək lazımdır".
Müsahibimiz onu da əlavə edib ki, hazırda sosial media ənənəvi mediaya çox təsir edir:
"Sosial mediada istənilən şəxs istənilən məlumatı yaya bilir. Buna görə o, heç bir məsuliyyət daşımır. Onu buna görə heç kim cəzalandırmır. Amma ənənəvi mediaya bu təsir edir. Onun reputasiyası aşağı düşür. Ənənəvi media operativliyini saxlamalıdır, amma öz informasiyasını mütləq dəqiqləşdirməlidir".
Peşəkar jurnalistin fikrincə, jurnalistika sahəsində mütləq ixtisaslaşma olmalıdır. İxtisaslaşma olmadığı halda jurnalist xəbərin mahiyətini anlamır:
"Bu problemlə müharibə dönəmində daha çox qarşılaşdıq. Amma həmkarlarımız bu məsələdə də diqqətli olmadır. Jurnalist elmi terminlərlə yazı yazmamalıdır. Elə yazmalıdır ki, hər kəs onu anlaya bilsin".