Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sarabski Fransada keçirilən "JazzaSete" festivalında uğurla iştirak edib

© Photo : Сoresty of Isfar Sarabskiyİsfar Sarabski
İsfar Sarabski - Sputnik Azərbaycan, 1920, 22.07.2022
Abunə olmaq
Tanınmış cazmen rəhbərlik etdiyi trio ilə birlikdə XX əsrin nüfuzlu caz ifaçısı, 14 "Qremmi" mükafatı sahibi, amerikalı pianoçu və bəstəkar Herbie Hancock ilə eyni səhnəni bölüşüb.
BAKI, 22 iyul — Sputnik. Fransanın Sete şəhərində hər ilin iyul ayında açıq havada baş tutan "JazzaSete" festivalında ölkəmizi azərbaycanlı caz ifaçısı İsfar Sarabski təmsil edib.
Əməkdar artist, pianoçu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı İsfar Sarabski "JazzaSete" festivalında "Planet" albomunun rəsmi təqdimatını keçirib. Eləcə də rəhbərlik etdiyi trio ilə birlikdə XX əsrin nüfuzlu caz ifaçısı, 14 "Qremmi" mükafatı sahibi, amerikalı pianoçu və bəstəkar Herbie Hancock ilə eyni səhnəni bölüşüb.
Qeyd edək ki, festival zamanı Azərbaycan caz musiqiləri böyük alqışlarla qarşılanıb.
İsfar Sarabski kimdir?
İsfar Sarabski məşhur Azərbaycan opera müğənnisi, aktyor, Şərq opera sənətinin əsasını qoyanlardan biri olan Hüseynqulu Sarabskinin nəticəsidir.
İsfar Sarabski 2009-cu ildə keçirilən pianoçuların Montrö Caz Festivalının qalibi olub. Əməkdar artist dünyanın "Royal Albert Hall", "Queen Elizabeth Hall", "Miles Davis Hall", Jazz Club Vibrato, Jazz Club "Zinko", "The Konzerthaus", Jazz Club "Asphalt", Jazz Club "Duc des Lombards", Jazz Club "Porgy & Bess", Jazz Club "Bird"s Eye" ,"Teatre Apollo" kimi ən nüfuzlu konsert salonlarında çıxış edib. İsveçrə, Norveç, Fransa, Rusiya, Gürcüstanda keçirilən festivallarda iştirak edib. Eləcə də "Henkokun dostları" UNESCO-da "Jazz Day"-də iştirak edib. O, 2011-ci ildə moskvalı Aleksandr Maşin (zərb alətləri) və Makar Novikov (kontrabass) ilə bərabər "İsfar Sarabskinin triosu"nu yaradıb.
Xəbər lenti
0