https://sputnik.az/20220722/ran-azerbaycanin-oz-erazisine-nezaret-etmesinden-narahatdir---ekspert-444229307.html
İran Azərbaycanın öz ərazisinə nəzarət etməsindən narahatdır - Ekspert
İran Azərbaycanın öz ərazisinə nəzarət etməsindən narahatdır - Ekspert
Sputnik Azərbaycan
Siyasi şərhçi bildirib ki, İran işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində Gorus-Qafan yolunun Azərbaycana aid hissəsindən qanunsuz olaraq istifadə edib. 22.07.2022, Sputnik Azərbaycan
2022-07-22T11:18+0400
2022-07-22T11:18+0400
2022-07-25T10:25+0400
ekspert
təhlil
iran
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/05/08/426902131_0:28:3061:1750_1920x0_80_0_0_3863fb5f94c668a5678f0a041724aa66.jpg
BAKI, 22 iyul — Sputnik. "İranın ali dini lideri çox böyük yanlışlığa yol verib. Çünki yanaşdığı hər iki məsələ məntiqdən və reallıqdan uzaqdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Orta Doğu" Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.O bildirib ki, Azərbaycanın 29 il ərzində işğal altında qalmış torpaqları Azərbaycan Prezidentinin, əsgərinin, xalqının gücü ilə işğaldan azad edilib:"Hətta İran hökuməti də müxtəlif təşkilatlarda Azərbaycan torpaqlarının işğal altında olması ilə bağlı qətnamələrə səs verib. Ayətullah Seyid Əli Xameneinin bir sıra bəyanatlarında da Azərbaycan torpaqları işğal altında olan ərazilər kimi göstərilib. Ali rəhbər işğaldan azad edildi ifadəsini işlətməməklə Ermənistan və onun havadarlarına sanki haqq qazandırıb".Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan İran-Ermənistan sərhədinin fəaliyyətinə heç vaxt mane olmur. O hesab edir ki, Azərbaycan torpaqlarını azad etdikdən sonra Gorus-Qafan yolunun ərazimizə düşən hissəsinə nəzarəti həyata keçirir:Sədrəddin Soltanın fikrincə, həmin o ərazidən İran tərəfi 44 günlük müharibədən sonra mənşəyi məlum olayan ticarət fəaliyyəti icra edib:"Azərbaycan bunu bildikdən sonra həm İran tərəfinə, həm də sülhməramlı missiyasını yerinə yetirən Rusiya tərəfinə mövqeyini bildirdi. Belə görünür ki, İran Azərbaycanın öz ərazisinə nəzarət etməsindən narahatdır".Xatırladaq ki, İranın ali rəhbəri Əli Xamenei Ərdoğanla görüşündə Zəngəzur dəhlizinə qarşı çıxıb. İran mediası yazır ki, Ali dini liderin Ermənistanla İran arasında “sərhədin bağlanmasını qəbul etməyəcəklərini” bildirib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/08/426902131_176:0:2907:2048_1920x0_80_0_0_2a1c2a0ac8e879ea2da812105952d0ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ekspert, iran, azərbaycan
ekspert, iran, azərbaycan
İran Azərbaycanın öz ərazisinə nəzarət etməsindən narahatdır - Ekspert
11:18 22.07.2022 (Yenilənib: 10:25 25.07.2022) Siyasi şərhçi bildirib ki, İran işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində Gorus-Qafan yolunun Azərbaycana aid hissəsindən qanunsuz olaraq istifadə edib.
BAKI, 22 iyul — Sputnik. "İranın ali dini lideri çox böyük yanlışlığa yol verib. Çünki yanaşdığı hər iki məsələ məntiqdən və reallıqdan uzaqdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Orta Doğu" Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.
O bildirib ki, Azərbaycanın 29 il ərzində işğal altında qalmış torpaqları Azərbaycan Prezidentinin, əsgərinin, xalqının gücü ilə işğaldan azad edilib:
"Hətta İran hökuməti də müxtəlif təşkilatlarda Azərbaycan torpaqlarının işğal altında olması ilə bağlı qətnamələrə səs verib. Ayətullah Seyid Əli Xameneinin bir sıra bəyanatlarında da Azərbaycan torpaqları işğal altında olan ərazilər kimi göstərilib. Ali rəhbər işğaldan azad edildi ifadəsini işlətməməklə Ermənistan və onun havadarlarına sanki haqq qazandırıb".
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan İran-Ermənistan sərhədinin fəaliyyətinə heç vaxt mane olmur. O hesab edir ki, Azərbaycan torpaqlarını azad etdikdən sonra Gorus-Qafan yolunun ərazimizə düşən hissəsinə nəzarəti həyata keçirir:
"Həmin hissədən yalnız Ermənistana məxsus avtomobillərin keçməsinə icazə verilir. Bu da ötən il əldə olunmuş razılıq əsasında baş tutur. Bu o deməkdir ki, İran işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində Gorus-Qafan yolunun Azərbaycana aid hissəsindən qanunsuz olaraq istifadə edib. Xameneinin iddia etdiyi məsələyə görə, İran tərəfi beynəlxalq hüquq əsasında məsuliyyət daşıya bilər".
Sədrəddin Soltanın fikrincə, həmin o ərazidən İran tərəfi 44 günlük müharibədən sonra mənşəyi məlum olayan ticarət fəaliyyəti icra edib:
"Azərbaycan bunu bildikdən sonra həm İran tərəfinə, həm də sülhməramlı missiyasını yerinə yetirən Rusiya tərəfinə mövqeyini bildirdi. Belə görünür ki, İran Azərbaycanın öz ərazisinə nəzarət etməsindən narahatdır".
Xatırladaq ki, İranın ali rəhbəri Əli Xamenei Ərdoğanla görüşündə Zəngəzur dəhlizinə qarşı çıxıb. İran mediası yazır ki, Ali dini liderin Ermənistanla İran arasında “sərhədin bağlanmasını qəbul etməyəcəklərini” bildirib.