https://sputnik.az/20220722/pelosinin-tayvana-seferi-abs-ve-cin-arasinda-gerginliyi-artira-biler-444281307.html
Pelosinin Tayvana səfəri ABŞ və Çin arasında gərginliyi artıra bilər
Pelosinin Tayvana səfəri ABŞ və Çin arasında gərginliyi artıra bilər
Sputnik Azərbaycan
Diplomatın sözlərinə görə, əgər ÇXR rəhbərliyi belə addımlar atsa, bu, Tayvan və ABŞ-ın reaksiyasına səbəb olacaq. 22.07.2022, Sputnik Azərbaycan
2022-07-22T23:52+0400
2022-07-22T23:52+0400
2022-07-22T23:52+0400
tayvan
dünya xəbərləri
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/07/16/444280728_0:0:3071:1728_1920x0_80_0_0_dfa8ea792a6efca8047dfc6d864dc770.jpg
BAKI, 22 iyul — Sputnik. ABŞ hakimiyyəti Konqresinin aşağı palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə əlaqədar Çinlə münaqişənin kəskinləşməsindən ehtiyat edir. Bunu Ağ Evin adı açıqlanmayan əməkdaşı CNN müxbirləri ilə söhbətində deyib.Rəsmi bildirib ki, Bayden administrasiyası Pekinin Pelosinin səfərinə Tayvan üzərində pilotsuz zona elan etməklə cavab verəcəyindən narahatdır. Daha radikal bir tədbir Çin aviasiyasının tanınmamış ada respublikasının hava məkanına istiqamətləndirilməsi ola bilər.Diplomatın sözlərinə görə, əgər ÇXR rəhbərliyi belə addımlar atsa, bu, Tayvan və ABŞ-ın reaksiyasına səbəb olacaq. Eyni zamanda, Ağ Ev rəsmisi Amerikanın cavabının mahiyyəti ilə bağlı heç bir təfərrüat verməyib.ABŞ siyasətçiləri vaxtaşırı Tayvana səfərlər etsə də, Pelosi 25 ildə adaya səfər edən ən yüksək rütbəli ABŞ siyasətçisi olacaq. Spikerin uçuşu son aylarda ABŞ və Çin arasında münasibətlərin kəskinləşməsi fonunda baş tutacaq.Yaponiya Müdafiə Nazirliyi bir müddət əvvəl Çinin Tayvana desant çıxrması ehtimalının yüksək olduğunu bildirmişdi. Onlar tanınmamış dövlət üçün təhlükəni "son dərəcə yüksək" kimi qiymətləndiriblər.Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olmuş və bir neçə prefekturaya (Tayxoku, Sintiku, Taytyu, Taynan, Tarenko, Tayto, Xoko) bölünüb. İkinci Dünya müharibəsində (1939-1945) Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edilib.Qeyd edək ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşdiyi tarix 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. III Tayvan boğazı böhranı kimi tarixə düşmüş insident, ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sonlanmışdı.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/16/444280728_274:0:3005:2048_1920x0_80_0_0_7ce202c43299beb76749b21359fa6e58.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
tayvan, abş
Pelosinin Tayvana səfəri ABŞ və Çin arasında gərginliyi artıra bilər
Diplomatın sözlərinə görə, əgər ÇXR rəhbərliyi belə addımlar atsa, bu, Tayvan və ABŞ-ın reaksiyasına səbəb olacaq.
BAKI, 22 iyul — Sputnik. ABŞ hakimiyyəti Konqresinin aşağı palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə əlaqədar Çinlə münaqişənin kəskinləşməsindən ehtiyat edir. Bunu Ağ Evin adı açıqlanmayan əməkdaşı CNN müxbirləri ilə söhbətində deyib.
Rəsmi bildirib ki, Bayden administrasiyası Pekinin Pelosinin səfərinə Tayvan üzərində pilotsuz zona elan etməklə cavab verəcəyindən narahatdır. Daha radikal bir tədbir Çin aviasiyasının tanınmamış ada respublikasının hava məkanına istiqamətləndirilməsi ola bilər.
Diplomatın sözlərinə görə, əgər ÇXR rəhbərliyi belə addımlar atsa, bu, Tayvan və ABŞ-ın reaksiyasına səbəb olacaq. Eyni zamanda, Ağ Ev rəsmisi Amerikanın cavabının mahiyyəti ilə bağlı heç bir təfərrüat verməyib.
ABŞ siyasətçiləri vaxtaşırı Tayvana səfərlər etsə də, Pelosi 25 ildə adaya səfər edən ən yüksək rütbəli ABŞ siyasətçisi olacaq. Spikerin uçuşu son aylarda ABŞ və Çin arasında münasibətlərin kəskinləşməsi fonunda baş tutacaq.
Yaponiya Müdafiə Nazirliyi bir müddət əvvəl Çinin Tayvana desant çıxrması ehtimalının yüksək olduğunu bildirmişdi. Onlar tanınmamış dövlət üçün təhlükəni "son dərəcə yüksək" kimi qiymətləndiriblər.
Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olmuş və bir neçə prefekturaya (Tayxoku, Sintiku, Taytyu, Taynan, Tarenko, Tayto, Xoko) bölünüb. İkinci Dünya müharibəsində (1939-1945) Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edilib.
Qeyd edək ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşdiyi tarix 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. III Tayvan boğazı böhranı kimi tarixə düşmüş insident, ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sonlanmışdı.