https://sputnik.az/20220722/on-sekkiz-yasina-catmamis-ecnebilerle-bagli-altsistem-yaradilacaq-444289532.html
On səkkiz yaşına çatmamış əcnəbilərlə bağlı altsistem yaradılacaq
On səkkiz yaşına çatmamış əcnəbilərlə bağlı altsistem yaradılacaq
Sputnik Azərbaycan
Prezident Azərbaycan ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid... 22.07.2022, Sputnik Azərbaycan
2022-07-22T20:41+0400
2022-07-22T20:41+0400
2022-07-22T20:41+0400
əcnəbi
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42227/16/422271678_0:320:3073:2048_1920x0_80_0_0_f1b44fd9954c8597716aacf5f1f6227e.jpg
BAKI, 22 iyul — Sputnik. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində "18 yaşına çatmamış müşayiətsiz əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar" altsistemi (bundan sonra – altsistem) yaradılacaq.Bu, Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazasının yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.Dövlət Miqrasiya Xidməti altsistemin formalaşdırılmasını 2022-ci il oktyabrın 1-dək təmin etməli, altsistemin aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirləri görməli, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının həmin altsistemə çıxışını təmin etməlidir.Altsistemə daxil ediləcək məlumatların, habelə qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görməlidr.Bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulmuş dövlət orqanları (qurumları) Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatları aşkar etdikdə, həmin məlumatların aşkar edildiyi tarixdən 1 (bir) iş günü müddətində altsistemə daxil olunmasını təmin etməlidirlər.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq altsistemin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir."Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:6.1. aşağıdakı məzmunda 7.5-1-ci, 10.15-1-ci bəndlər və 11.3.3-cü, 11.4.4-cü, 11.5.7-ci, 11.6.3-cü yarımbəndlər əlavə edilməlidir:"7.5-1. "18 yaşına çatmamış müşayiətsiz əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar";";"10.15-1. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatların Sistemə daxil edilməsi;";"11.3.3. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;";"11.4.4. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;";"11.5.7. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;";"11.6.3. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;";6.2. 11.8.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.9-cu bənd əlavə olunsun:"11.9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsini və ya gəldikdən sonra müşayiətsiz qalmasını aşkar etdikdə, onlar tərəfindən bu barədə məlumatlar."
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/16/422271678_169:0:2900:2048_1920x0_80_0_0_32822c6adae1b5b595436164c9ec1280.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
əcnəbi
On səkkiz yaşına çatmamış əcnəbilərlə bağlı altsistem yaradılacaq
Prezident Azərbaycan ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazasının yaradılması barədə Fərman imzalayıb.
BAKI, 22 iyul — Sputnik. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində "18 yaşına çatmamış müşayiətsiz əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar" altsistemi (bundan sonra – altsistem) yaradılacaq.
Bu, Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazasının yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.
Dövlət Miqrasiya Xidməti altsistemin formalaşdırılmasını 2022-ci il oktyabrın 1-dək təmin etməli, altsistemin aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirləri görməli, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının həmin altsistemə çıxışını təmin etməlidir.
Altsistemə daxil ediləcək məlumatların, habelə qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görməlidr.
Bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulmuş dövlət orqanları (qurumları) Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatları aşkar etdikdə, həmin məlumatların aşkar edildiyi tarixdən 1 (bir) iş günü müddətində altsistemə daxil olunmasını təmin etməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq altsistemin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
6.1. aşağıdakı məzmunda 7.5-1-ci, 10.15-1-ci bəndlər və 11.3.3-cü, 11.4.4-cü, 11.5.7-ci, 11.6.3-cü yarımbəndlər əlavə edilməlidir:
"7.5-1. "18 yaşına çatmamış müşayiətsiz əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar";";
"10.15-1. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatların Sistemə daxil edilməsi;";
"11.3.3. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;";
"11.4.4. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;";
"11.5.7. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;";
"11.6.3. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;";
6.2. 11.8.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.9-cu bənd əlavə olunsun:
"11.9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsini və ya gəldikdən sonra müşayiətsiz qalmasını aşkar etdikdə, onlar tərəfindən bu barədə məlumatlar."