https://sputnik.az/20220722/ntihar-ve-intihara-cehd-hallarinin-sayi-ehemiyyetli-derecede-azalib---bas-prokurorluq-444271154.html
İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb - Baş Prokurorluq
İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb - Baş Prokurorluq
Sputnik Azərbaycan
Baş Prokurorluğun iclasında bildirilib ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrinin sayı 9,4%, intihara... 22.07.2022, Sputnik Azərbaycan
2022-07-22T15:56+0400
2022-07-22T15:56+0400
2022-07-22T15:56+0400
baş prokurorluq
cəmiyyət
intihar
cəhd
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168652_0:145:3071:1872_1920x0_80_0_0_5cbe44cf56423c3972ad2a873f11a548.jpg
BAKI, 22 iyul — Sputnik. İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb. Bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib.Qeyd edilib ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrinin sayı 9,4%, intihara cəhd hadisələrinin sayı isə 27,3% azalıb.Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib ki, bu il 13 prokurorluq işçisi cəzalandırılıb.Qeyd edilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric olunub, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.Hesabatda vurğulanıb ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168652_192:0:2880:2016_1920x0_80_0_0_55e8dd37532529873f71d513656a569f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
baş prokurorluq, intihar, cəhd
baş prokurorluq, intihar, cəhd
İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb - Baş Prokurorluq
Baş Prokurorluğun iclasında bildirilib ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrinin sayı 9,4%, intihara cəhd hadisələrinin sayı isə 27,3% azalıb
BAKI, 22 iyul — Sputnik. İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb. Bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.
Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrinin sayı 9,4%, intihara cəhd hadisələrinin sayı isə 27,3% azalıb.
Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib ki, bu il 13 prokurorluq işçisi cəzalandırılıb.
Qeyd edilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric olunub, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.
Hesabatda vurğulanıb ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılıb.