https://sputnik.az/20220722/ndiyedek-ne-qeder-edv-geri-qaytarilib---detallar-444225505.html
İndiyədək nə qədər ƏDV geri qaytarılıb - DETALLAR
İndiyədək nə qədər ƏDV geri qaytarılıb - DETALLAR
Sputnik Azərbaycan
Hazırda ölkə üzrə 66 mindən çox onlayn nəzarət-kassa aparatları tətbiq olunub. 22.07.2022, Sputnik Azərbaycan
2022-07-22T10:01+0400
2022-07-22T10:01+0400
2022-07-22T10:01+0400
ədv
iqtisadiyyat
dövlət vergi xidməti
https://cdnn1.img.sputnik.az/img/42382/39/423823946_0:0:2000:1125_1920x0_80_0_0_2d32775e9e2e5b13b8f395b7b0692939.jpg
BAKI, 22 iyul — Sputnik. Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,8 milyondan çox istifadəçi qeydə alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.Bildirilir ki, "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 6 ayı ərzində portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 651 milyon 1786 kassa çeki üzrə 267,2 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun ayları ərzində isə 222 milyon 747 min 769 çek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.Qeyd edək ki, hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının (NKA) sayı 66 min 339-dur. Bu ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2% çoxdur.ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır.Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
https://sputnik.az/20220528/yeni-ev-alanlara-sad-xeber---pulun-bir-qismini-geri-alacaqlar-442304521.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42382/39/423823946_227:0:2000:1330_1920x0_80_0_0_73ef763d17538cf7bda2bcf1cee44dc1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ədv, dövlət vergi xidməti
ədv, dövlət vergi xidməti
İndiyədək nə qədər ƏDV geri qaytarılıb - DETALLAR
Hazırda ölkə üzrə 66 mindən çox onlayn nəzarət-kassa aparatları tətbiq olunub.
BAKI, 22 iyul — Sputnik. Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,8 milyondan çox istifadəçi qeydə alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 6 ayı ərzində portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 651 milyon 1786 kassa çeki üzrə 267,2 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun ayları ərzində isə 222 milyon 747 min 769 çek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Qeyd edək ki, hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının (NKA) sayı 66 min 339-dur. Bu ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2% çoxdur.
ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır.
Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.