https://sputnik.az/20220722/kesfiyyat-rehberlerinin-yerevana-ardicil-seferlerinin-arxasinda-hansi-meqam-dayanir-444276707.html
Kəşfiyyat rəhbərlərinin Yerevana ardıcıl səfərlərinin arxasında hansı məqam dayanır?
Kəşfiyyat rəhbərlərinin Yerevana ardıcıl səfərlərinin arxasında hansı məqam dayanır?
Sputnik Azərbaycan
Politoloq bildirib ki, dünya gücləri Ermənistandan öz diqqətlərini çəkmirlər, əksinə bu ölkə üzərində təsirlərini artırmağa çalışırlar. 22.07.2022, Sputnik Azərbaycan
2022-07-22T21:00+0400
2022-07-22T21:00+0400
2022-07-22T21:00+0400
yerevan
siyasət
ermənistan
rusiya
cənubi qafqaz
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434027722_0:245:3206:2048_1920x0_80_0_0_68a68cf93c23d1a2c4483a4ad7cc4aa3.jpg
BAKI, 22 iyul — Sputnik. Ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Börns Ermənistanın paytaxtı Yerevana səfər etdi. ABŞ-ın Ermənistandakı səfirliyi V.Börnsün səfəri ilə bağlı heç bir açıqlama yaymadı.Bundan sonra isə Ermənistana daha bir önəmli səfər baş tutdu. Rəsmi məlumata görə, iyulun 18-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də Ermənistana gedib.Rusiya XKX rəhbəri Ermənistanın təhlükəsizlik orqanlarında islahatların aparılması məsələsində yardım etməyə hazır olduqlarını bildirib.Sputnik Azərbaycan Rusiya və ABŞ kəşfiyyat xidməti rəhbərlərinin Ermənistana baş tutan ardıcıl səfərləri ilə bağlı politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.Politoloq Tofiq Abbasov bildirib ki, dünya gücləri Ermənistandan öz diqqətlərini çəkmirlər, əksinə bu ölkə üzərində təsirlərini artırmağa çalışırlar. O hesab edir ki, həm Rusiya, həm də ABŞ Ermənistanı öz siyasi cığırlarında hərəkətə sövq etməyə çalışır: "Düşünürəm ki, bu baxımdan Rusiyanın imkanları daha genişdir. Ermənistanda açıq-aşkar Rusiyapərəst qüvvələr var. Bununla yanaşı, orada anti-Rusiya meylli qüvvələr və rusafob əhval-ruhiyyə də inkişaf edir. Qərbin bunu görən xüsusi təyinatlı təsisatları çalışırlar ki, bu məqamdan istifadə edərək təsirlərini bu ölkə üzərində daha da gücləndirsinlər".Politoloq ABŞ-ın Ermənistandakı səfirliyinin fəaliyyətinə diqqət çəkib və bildirib ki, orada çalışanların böyük əksəriyyəti casusluq fəaliyyəti ilə məşğuldurlar: "Nəzərə almaq lazımdır ki, İranla Ermənistan sərhəd qonşularıdır. Paradoks ondan ibarətdir ki, bununla belə İran rəsmiləri açıqlamalarında Ermənistanla sərhədlərini itirmək istəmədiklərini vurğulayırlar. ABŞ Ermənistan vasitəsilə bölgə ölkələrinin elektron izləməsini həyata keçirir. Onlar həm də çalışır ki, Ermənistan siyasi rəhbərliyindəki qərbpərəst qüvvələr hakimiyyətdən uzaq düşməsinlər".Tofiq Abbasov vurğulayıb ki, ABŞ Ermənistandan Rusiyanı sıxışdırıb çıxarmaq istəyir: "Bununla da Ermənistanın qərbpərəst ölkə kimi təşəkkül tapmasına nail olmaq istəyirlər. ABŞ-ın Yaxın Şərq siyasətinə həm də Cənubi Qafqaz daxildir. ABŞ çox istədi ki, bölgədə müstəqil kürd dövlətinin yaradılmasına nail olsun. Bununla da İsrailə dəstək subyekt peyda olsun, ancaq buna müvəffəq ola bilmədi. Amma bu istiqamətdə axtarışlar hələ də davam edir. ABŞ Suriyada, İranda və Türkiyədə kürd yaraqlılarını dəstəkləyir. Ola bilər ki, bu kontekstdə Ermənistanı da öz tabeçiliyinə keçirtsin, bununla da İsrail və Ermənistan arasında bir bağlılıq yaratsın. Bu proseslər Azərbaycan dövlətinin diqqətində olmalıdır"."Biz Ermənistanla əsas məsələni həll etmişik. Amma Ermənistan bununla kifayətlənmir və revanşizmə meyil göstərir. Ona görə də düşünürəm ki, həm ABŞ, həm də Rusiyanın xüsusi təyinatlı təsisatları rəhbərlərinin Yerevana gəlməsi məhz vəziyyəti yerindəcə öyrənmək istəyi ilə bağlıdır", - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434027722_384:0:3115:2048_1920x0_80_0_0_586e4a85511072b21ab9472a6e5e4330.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yerevan, ermənistan, rusiya, cənubi qafqaz
yerevan, ermənistan, rusiya, cənubi qafqaz
Kəşfiyyat rəhbərlərinin Yerevana ardıcıl səfərlərinin arxasında hansı məqam dayanır?
Politoloq bildirib ki, dünya gücləri Ermənistandan öz diqqətlərini çəkmirlər, əksinə bu ölkə üzərində təsirlərini artırmağa çalışırlar.
BAKI, 22 iyul — Sputnik. Ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Börns Ermənistanın paytaxtı Yerevana səfər etdi. ABŞ-ın Ermənistandakı səfirliyi V.Börnsün səfəri ilə bağlı heç bir açıqlama yaymadı.
Bundan sonra isə Ermənistana daha bir önəmli səfər baş tutdu. Rəsmi məlumata görə, iyulun 18-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də Ermənistana gedib.
Rusiya XKX rəhbəri Ermənistanın təhlükəsizlik orqanlarında islahatların aparılması məsələsində yardım etməyə hazır olduqlarını bildirib.
Sputnik Azərbaycan Rusiya və ABŞ kəşfiyyat xidməti rəhbərlərinin Ermənistana baş tutan ardıcıl səfərləri ilə bağlı politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.
Politoloq Tofiq Abbasov bildirib ki, dünya gücləri Ermənistandan öz diqqətlərini çəkmirlər, əksinə bu ölkə üzərində təsirlərini artırmağa çalışırlar. O hesab edir ki, həm Rusiya, həm də ABŞ Ermənistanı öz siyasi cığırlarında hərəkətə sövq etməyə çalışır: "Düşünürəm ki, bu baxımdan Rusiyanın imkanları daha genişdir. Ermənistanda açıq-aşkar Rusiyapərəst qüvvələr var. Bununla yanaşı, orada anti-Rusiya meylli qüvvələr və rusafob əhval-ruhiyyə də inkişaf edir. Qərbin bunu görən xüsusi təyinatlı təsisatları çalışırlar ki, bu məqamdan istifadə edərək təsirlərini bu ölkə üzərində daha da gücləndirsinlər".
Politoloq ABŞ-ın Ermənistandakı səfirliyinin fəaliyyətinə diqqət çəkib və bildirib ki, orada çalışanların böyük əksəriyyəti casusluq fəaliyyəti ilə məşğuldurlar: "Nəzərə almaq lazımdır ki, İranla Ermənistan sərhəd qonşularıdır. Paradoks ondan ibarətdir ki, bununla belə İran rəsmiləri açıqlamalarında Ermənistanla sərhədlərini itirmək istəmədiklərini vurğulayırlar. ABŞ Ermənistan vasitəsilə bölgə ölkələrinin elektron izləməsini həyata keçirir. Onlar həm də çalışır ki, Ermənistan siyasi rəhbərliyindəki qərbpərəst qüvvələr hakimiyyətdən uzaq düşməsinlər".
Tofiq Abbasov vurğulayıb ki, ABŞ Ermənistandan Rusiyanı sıxışdırıb çıxarmaq istəyir: "Bununla da Ermənistanın qərbpərəst ölkə kimi təşəkkül tapmasına nail olmaq istəyirlər. ABŞ-ın Yaxın Şərq siyasətinə həm də Cənubi Qafqaz daxildir. ABŞ çox istədi ki, bölgədə müstəqil kürd dövlətinin yaradılmasına nail olsun. Bununla da İsrailə dəstək subyekt peyda olsun, ancaq buna müvəffəq ola bilmədi. Amma bu istiqamətdə axtarışlar hələ də davam edir. ABŞ Suriyada, İranda və Türkiyədə kürd yaraqlılarını dəstəkləyir. Ola bilər ki, bu kontekstdə Ermənistanı da öz tabeçiliyinə keçirtsin, bununla da İsrail və Ermənistan arasında bir bağlılıq yaratsın. Bu proseslər Azərbaycan dövlətinin diqqətində olmalıdır".
"Biz Ermənistanla əsas məsələni həll etmişik. Amma Ermənistan bununla kifayətlənmir və revanşizmə meyil göstərir. Ona görə də düşünürəm ki, həm ABŞ, həm də Rusiyanın xüsusi təyinatlı təsisatları rəhbərlərinin Yerevana gəlməsi məhz vəziyyəti yerindəcə öyrənmək istəyi ilə bağlıdır", - deyə politoloq fikirlərini yekunlaşdırıb.