DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan Parlamentindəki müxalif deputatları mandatdan məhrum etmək istəyi baş tutmadı

© SputnikErmənistan parlamentinin binası, arxiv şəkli
Ermənistan parlamentinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.07.2022
Abunə olmaq
Parlamentin şurası iclasın sədri, onun müavinləri, həmçinin fraksiya və parlament komissiya rəhbərləri də daxil olmaqla 16 deputatdan ibarətdir.
BAKI, 22 iyul — Sputnik. Ermənistan Parlamentinin iclası kvorum olmadığı üçün baş tutmayıb. İclasda müxalif deputatların mandatlarından məhrum edilməsi məsələsinin müzakirə olunacağı gözlənilirdi. Bu barədə TASS-a parlamentin mətbuat xidmətindən məlumat verilib.
"İclas lazımi kvorum olmadığı üçün baş tutmadı", - mənbə bildirib.
Parlamentin şurası iclasın sədri, onun müavinləri, həmçinin fraksiya və parlament komissiya rəhbərləri də daxil olmaqla 16 deputatdan ibarətdir. Şura üzvlərinin yarıdan çoxu, habelə parlamentin sədri və ya vitse-spikerlərdən biri iştirak etdikdə iclas keçirilə bilər.
Şura hakim partiyanın təşəbbüsü ilə müxalifətdə olan "Ermənistan" və "Mənim şərəfim var" fraksiyalarının deputatlarının mandatlarından məhrum edilməsi məsələsi ilə Ermənistan Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına razılıq verməyi planlaşdırırdı. Bu partiyalar iki aydan çoxdur ki, iclasları boykot edir.
Ötən il iyunun 20-də keçirilən növbədənkənar seçkilərin nəticələrinə əsasən formalaşmış hazırkı parlamentdə 107 deputat var. Baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası ən çox (71), müxalifətdə olan "Ermənistan" və "Mənim şərəfim" partiyası isə 29 və 6 yerə sahibdir.
Xəbər lenti
0