Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Beynəlxalq təşkilatın rəhbəri Horadiz–Ağbənd layihəsi ilə tanış olub

© Sputnik / Emin AlisahibHoradiz-Ağbənd dəmir yolunun tikintisi
Horadiz-Ağbənd dəmir yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 22.07.2022
Abunə olmaq
Dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işləri 3 mərhələdə aparılır və 2023-cü ilin sonunda işlərin yekunlaşdırılması planlaşdırılır.
BAKI, 22 iyul — Sputnik. Dəmir yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTIF) Baş katibi Volfqanq Küpper Azərbaycana səfəri çərçivəsində Füzuli rayonunun Horadiz şəhərində olub.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC xəbər yayıb.
Məlumata görə, qonaq Horadiz – Ağbənd dəmir yolu xəttində aparılan tikinti prosesi ilə tanış olub. Qonağa layihənin əhəmiyyəti və görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi tərəqqisi üçün xüsusi strateji əhəmiyyətə malik Horadiz – Ağbənd dəmir yolu xəttinin təməlini Prezident İlham Əliyev ötən il fevralın 14-də qoyub. Layihə regionun tranzit potensialına mühüm təsir göstərəcək və daşımaların inkişafına töhfə verəcək.
Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 8 stansiyanın (Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 453 ədəd süni mühəndis qurğusunun, 70 ədəd yoldəyişənin, 110.4 km rabitə və işarəvermə sisteminin tikintisi nəzərdə tutulur.
Dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işləri 3 mərhələdə aparılır və 2023-cü ilin sonunda işlərin yekunlaşdırılması planlaşdırılır.
Hazırda dəmir yolu xəttinin ox üzrə 55 km hissəsi tamamlanıb. Həmçinin 59-cu və 70-ci km-lər arası ərazidə torpaq yatağı və süni mühəndis qurğularının tikintisi işləri aparılır.
3 mərhələdə intensiv şəkildə yerinə yetirilən layihələndirilmə və tikinti işləri minatəmizləmə prosesinə paralel davam etdirilir və hazırda yolun 101,5 km-ə qədər ərazisi minalardan təmizlənib.
Xəbər lenti
0